Yuxarı

NATO generalı Azərbaycanda səfərdədir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub.

Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb.

Görüşdən sonra HDQ-nin "N" hərbi hissəsində qonaqlara hərbi hissənin fəaliyyət istiqamətlərini əks etdirən brifinq təqdim olunub. Nümayəndələr hərbi qulluqçuların taktiki və xüsusi hazırlıq üzrə nümayiş məşğələlərini izləyiblər.

Daha sonra NATO nümayəndə heyəti Hərbi Polis İdarəsini ziyarət edib. Görüş çərçivəsində qonaqlara hərbi polisin yaradılması, fəaliyyəti və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib. Bu məqsədlə xüsusi hazırlanmış videoçarx nümayiş olunub və idarənin strukturu ilə bağlı brifinq təqdim edilib.

Səfərin son mərhələsində qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə təşkil edilən görüşdə Azərbaycan və NATO arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq çərçivəsində icra olunan layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdə bu cür səfərlərin Azərbaycan-NATO əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiq etdiyi və qarşılıqlı anlaşma mühitinin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tarix
2025.05.23 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Sübhaninin təxribat missiyası: Bakı-Tehran münasibətləri...

Bu pula Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı

Mnatsakanyan işğalda iştirak etdiyini təsdiqlədi

Pyotr Qlıboçko Mehriban Əliyevaya məktub göndərdi

Onlar İlham Əliyevi təbrik etdi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

MM-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın

Pezeşkian İlham Əliyevə məktub göndərdi

MM-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS

Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla