Yuxarı

İlham Əliyev fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6.18-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 30.6.18-ci maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 364 nömrəli, 17 aprel tarixli 367 nömrəli və 15 may tarixli 392 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “30.6.16-cı (hər iki halda),” sözlərindən sonra “30.6.17-ci, 30.6.18-ci (hər iki halda),” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 1.12-3-cü bənd əlavə edilsin:

“1.12-3. həmin Məcəllənin 30.6.18-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;”.

Tarix
2025.05.23 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla