Yuxarı

Özündən 36 yaş kiçik gənci söyüşə görə bıçaqladı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özündən 36 yaş kiçik gənci söyüşə görə bıçaqladı - Təfərrüat

İmişli sakini evində bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini Kamran Abas oğlu Abasov həmyerlisinin yaşadığı evə gedərək orada ev sahibi 26 yaşlı Seymur Umud oğlu Əhmədzadəni bıçaqlayıb.

Hadisə söyüş üstündə olub. Belə ki, bir müddət əvvəl 1999-cu il təvəllüdlü Seymur Əhmədzadə həmyerlisi, 1963-cü il təvəllüdlü Kamran Abasovu söyüb.

Hadisədən bir neçə gün sonra K.Abasov S.Əhmədzadənin yaşadığı evə gələrək, onu çölə çağırıb. S.Əhmədzadə isə evdən çıxmayıb. K.Abasov evə daxil olaraq S.Əhmədzadəni bıçaqlayıb, hadisə yerindən gedib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində K.Abasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2025.05.23 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla