Yuxarı

Ərdoğan Qarabağ atlarının şousunu ayaqüstdə alqışladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.

Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.

Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.

Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.

Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.

Tarix
2025.05.24 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla