Yuxarı

Qəbələ və Oğuzun bir hissəsində qaz kəsiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələ və Oğuzun bir hissəsində qaz kəsiləcək

Qəbələ rayonunun Nohurqışlaq kəndi və Oğuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qəbələnin Nohurqışlaq kəndi ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Elvin Telman oğlu Mehdiyevə məxsus torpaq sahəsindən keçən D108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Mansur Ağalar oğlu Şabəddinova məxsus torpaq sahəsinin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar mayın sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nohurqışlaq kəndində 350 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Oğuz rayonunun Kərimli kəndi ərazisində isə D219 mm-lik yerüstü orta təzyiqli daşıyıcı qaz xətti üzərində ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Tarix
2025.05.28 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla