
Ayaqyalın gəzməyin faydaları...
02:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, mayın 30-da saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Tarix
2025.05.30 / 16:42
|
Müəllif
Axar.az
|