Yuxarı

Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, iş üzrə Balakən Rayon Məhkəməsinin qərarı ləğv edilib, yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, Qoşqar Babayev digər təqsirləndirilən şəxslə birgə 2021 və 2022-ci illərdə Balakən və Qəbələ rayon sakinlərini Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək vədləri verib. Onlar bu yolla həmin şəxlərdən ümumilikdə 28 min manat pul alaraq dələduzluq ediblər.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Qoşqar Babayev cinayət məsuliyyətindən azad edilib və onun həmin maddələrlə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilib. Digər təqsirləndirilən şəxs isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin qərarından narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

Qeyd edək ki, Qoşqar Babayev Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir.

Tarix
2025.06.05 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla