Yuxarı

Bayram günlərində yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.

İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Tarix
2025.06.05 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla