Yuxarı

Azərbaycan diasporunun təşəbbüsü ilə boks turniri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan diasporunun təşəbbüsü ilə boks turniri keçirildi

28 May – Müstəqillik Günü münasibətilə Almaniyanın Şvelm şəhərində “SFIT – PROVE YOURSELF” adlı boks və K1-kikboksinq turniri keçirilib. Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniyadakı Azərbaycan diasporunun və “Fight Club Stolz” boks klubunun təşəbbüsü ilə baş tutub.

Axar.az xəbər verir ki, yarışın əsas məqsədi soydaşlarımız arasında həmrəyliyin və birliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, eləcə də multikultural cəmiyyətlər arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi olub.

Turnirə Azərbaycan, Almaniya, Albaniya, Türkiyə, Polşa və digər ölkələrdən 60-dan çox idmançı qatılıb. Onlar müxtəlif yaş və çəki dərəcələrində ümumilikdə 27 qarşılaşmada güclərini sınayıblar.

Azərbaycanı böyüklər arasında 60 kq çəki dərəcəsində təmsil edən İzzət Aslanov birinci yerə layiq görülüb.

Qaliblərə medal, kubok və xüsusi mükafatlar təqdim edilib.

Yarışı Almaniyanın Xristian-Demokratik Birliyi (CDU) Partiyasının nümayəndələri, müxtəlif idman klublarının rəhbərləri, diaspor təşkilatlarının təmsilçiləri və çoxsaylı idmansevərlər maraqla izləyiblər.

Tarix
2025.06.11 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla