Yuxarı

Türkiyədə arvadının sevgilisini öldürdü, Bakıda həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə arvadının sevgilisini öldürdü, Bakıda həbs edildi

Türkiyədə arvadının sevgilisini öldürərək qaçıb Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlkər Bəhlulun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları C.İ.Bəhlulla bağlı bildiriblər ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.

Onlar məhkəmədən təqsirləndirilən şəxsin öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyiblər.

Təqsirləndirilən C.İ.Bəhlul isə Azərbaycandan getmək istəmədiyini bildirib:

"Uzun illərdir burada yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə məni ekstradisiya etməyin".

Məhkəmə müşavirə edərək qərara alıb ki, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisiya edilsin.

Qeyd edək ki, C.İ.Bəhlul uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisini bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.

Tarix
2025.06.25 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla