Yuxarı

Tornike Rijvadze özünü güllələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Acariya Muxtar Respublikasının keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib.

Rijvadze Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvledianiyə məxsus odlu silahdan istifadə edərək iki dəfə öz sinəsinə atəş açıb. Ağır yaralanan keçmiş məmur Saqareco Geohospitalına yerləşdirilib.

Həkimlər bildiriblər ki, Rijvadzenin ağciyəri zədələnib və vəziyyəti son dərəcə ağırdır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə araşdırma başlanıb.

Təcili tibbi yardım zamanı Tornike Rijvadzenin cibindən bir məktub tapılıb. Məktubda keçmiş hökumət başçısı bir sıra şəxsi və siyasi məqamlara toxunur. O qeyd edib ki, son vaxtlar ona qarşı korrupsiya və narkotacirləri himayə etmək kimi ciddi ittihamlar irəli sürülüb.

Həmin təzyiqlərin fonunda belə bir addım atdığını bildirən Rijvadze məktubda hakim Gürcü Arzusu Partiyasının liderlərinə – Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzenə – müraciət edərək, ailəsinin gələcəyinin onların himayəsində olacağına ümid etdiyini yazıb.

Rijvadze məktubunda həmçinin öz ətrafındakı əməkdaşları və yaxınlarını müdafiə edərək onların hamısının yalnız onun göstərişləri ilə hərəkət etdiyini vurğulayıb və onların günahsız olduğunu qeyd edib.

Məktubda adı çəkilən Aleksandre Axvlediani barədə də Rijvadze xoş ifadələrlə danışıb və bildirib ki, özünə qəsd etmək üçün istifadə etdiyi silah məhz ona məxsus olub.

Qeyd edək ki, Tornike Rijvadze bu ilin 4 aprel tarixində Acariya hökumətinin sədri postundan istefa vermişdi. O, 2018-ci ildən bu vəzifəni icra edirdi və hakimiyyətin gənc simalarından biri kimi tanınırdı. İstefasından sonra mediada onun adı bir sıra qalmaqallarda hallanmağa başlamışdı.

Hazırda Rijvadzenin səhhəti həkimlərin nəzarətindədir. Onun vəziyyəti ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir. İstintaq isə davam edir.

Tarix
2025.07.07 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kurenkov Bakıya gəldi

Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov

Diplomatlar ADA-da toplandı - Müşavirə

Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”

Peskov: Rusiya Azərbaycanda onları müdafiə edir

Kremldən Bakı ilə bağlı mühüm açıqlama

Rusiyadan dəhşətli xəbərlər gəlir: Bu sektordakı azərbaycanlılar...

İsrailli rəsmidən fars dilində müəmmalı paylaşım

Rusiya ilə gərginlik belə bitəcək - Sabiq nazir

Ərdoğanla görüşdüyünə görə Kreml qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla