Yuxarı

Konstitusiya və Suverenlik İli: FHN silsilə tədbirlər keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirib.

Axar.az xəbər verir ki, tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.

Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat davam edən və 2024-cü il sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Tarix
2025.07.17 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla