Yuxarı

Lerikdən piyada Şəhidlər xiyabanına gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdən piyada Şəhidlər xiyabanına gəldi - Foto

Lerik rayonu Durğan kənd sakini 67 yaşlı Əligülla Əbülfətov 15 iyul tarixində Durğan kəndindən Bakı şəhərindəki Şəhidlər xiyabanını ziyarət üçün yürüşə başlayıb

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün səhər Şəhidlər xiyabanına çatan Əligülla Əbülfətov yürüş təəssuratını bölüşüb.

"Beş günlük səfərim çox yaxşı keçdi. Bu gün səhər saat 10:15 radələrində Şəhidlər Xiyabanına çatıb ziyarət etdim", - o deyib.

Onun sözlərinə görə, bu yürüşə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq çıxıb:

"Mənim oğlum da müharibə iştirakçısıdır. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bu yürüşə çıxdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox şadam ki, bu uzun yolu sağ-salamat gəlib, ziyarətimi edə bildim.

Gündüz aran rayonlarında havalar çox isti olanda dincəlir, gecələr yola davam edirdim. Hazırda Bakıda istirahət edirəm. İstirahət etdikdən sonra rayona qayıdacam. Özümü çox yaxşı hiss edirəm".

Tarix
2025.07.20 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla