Yuxarı

Heydər Əliyev: Azərbaycanın mübariz 10 ili – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev: Azərbaycanın mübariz 10 ili – Axar TV

1993-cü il. Bakı dərin bataqlığa doğru yuvarlanırdı. Ölkə hər tərəfdən təhlükələrlə əhatə olunmuşdu. Həm daxili, həm də xarici vəziyyət yenicə müstəqillik qazanan ölkəni artıq çökdürmək üzrə idi.

Meydan kimə xidmət etdiyi anlaşılmayan ünsürlərlə dolmuşdu. Prezident Elçibəy artıq yalnız qalmışdı. Ətrafında olanlardan çoxları onu satmışdı.

Elçibəy son və ən gərəkli addımı atmalıydı. Beləliklə, 1993-cü ildə Heydər Əliyev rəsmən Bakıya dəvət olundu.

Böyük təhdid

Siyasi hakimiyyətdə təmsil olunanların əksəri Heydər Əliyev şəxsiyyətindən ehtiyat edirdi. Çünki xalqın birmənalı olaraq dəstəklədiyi və Azərbaycanı bu çətin vəziyyətdən xilas edəcək yeganə şəxs saydığı Əliyev təcrübəsiz, dövlətçilik təsəvvürlərindən uzaq olanlar üçün təhlükə idi. Üstəlik, ortada ən mühüm faktor yenə də Rusiya idi. Moskva belə bir şəxsin gözlərini müstəqil dünyaya yeni açmış dövlətin başında görmək istəmirdi. Bu, Kreml üçün əsl kabus idi.

Amma bütün oyunlar pozuldu. Tezliklə xalqın dəstəyi ilə Heydər Əliyev ölkə prezidenti oldu. Qısa zaman çərçivəsində ölkə daxilində formalaşan əsas xainlər məhv edildi. Öncə ölkənin cənubunda Talış Muğan Respublikası yaratmaq istəyən Ələkrəm Hümbətov, ardınca isə Elçibəyin Milli Qəhrəman adı verdiyi və Prezidentin qərb zonası üzrə nümayəndəsi səviyyəsinə yüksəltdiyi Sürət Hüseynov zərərsizləşdirildi.

Daha ətraflı Axar TV-nin təqdimatında:

Tarix
2015.05.10 / 09:00
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla