Nədən millətçilik? Nədən Milliyyətçi Hərəkat
Partiyası?
Azərbaycanda və Türkiyədə tez-tez eşitdiyim sorudur.
Dolayı yolla nədən Türkiyədə
böyük gücü və Azərbaycanda rəsmi çevrələri etkiləmək imkanları olan
iqtidar partiyasını bir kənara buraxıb, iqtidara tək başına
gəlib-gəlməycəyi bəlli olmayan bir müxalifət partiyasını
dəstəkləyirsən demək istəyirlər…
Türkiyəyə otuz beş ildən bəri gedib-gəlirsən, nədən heç vaxt
iqtidara yaxınlaşmağı, siyasətçi olaraq onlardan dəstək almağı
düşünmədin, həp içəridə və dışarıda bunca çox düşməni olan bir
partiyanı savundun, hər yerdə onun təbliğatını yapdın. Rasional
düşüncəyə görə belədir...
Öncə onu deyim ki, Sovet basqıları bizi çocuqluğumuzdan
millətçi, yəni öz millətinin, yasaq edilmiş türk sözünün sevdalısı
kimi yetişdirdi. Sovet sınırlarının dışında qalmış türklər – istər
İran deyilən ölkədəki on milyonlarla Güney Azərbaycan türkü olsun,
istər Anadolu türkü - ağlımız kəsəndən söhbətlərimizin, sonralar
yazılarımızın başlıca konusu olmuşdur. Mən MHP-ni tanımayanda da,
Sovetlərin güclü zamanlarında da, 1988-ci il Milli Azadlıq
Hərəkatının liderlərindən birisi olduğumda da milliyyətçiydim və
Türkiyəyə ilk gəlişimdə də fikir arkadaşlarımın dəvətiylə
gəlmişdim. O arkadaşlıq bu gün də davam edir. Mən
Türkiyə-Azərbaycan ilişkilərinin partiyaüstü bir qardaşlıq, qədər,
mutluluk olduğunu bilir və hər bir Türkiyə vətəndaşına sayğı ilə
yanaşıram. AK partiyada da, başqa partiyalarda da dəyərli və sayğı
duydugum aydınlar, millətini sevən insanlar, dostlarım var. Lakin
mən kim güclüdürsə, onun yanında yer alanlardan deyiləm, hər zaman
ideallarımın və millətimin gələcəyinə xidmət edən işlərin peşində
olmuş, gücü yox, haqqı aramışam, tüm kitablarım, qəzetçilik
çalışmalarım, siyasi fəaliyyətim də buna xidmət etmişdir.
İqtidar-müxalifət məsələsi önəmli deyil, önəmli olan türk milli
kimliyini, türk varlığını, Atatürk ilkələrini, Türkiyənin unitar
yapısını, türk millətinin egemənliyini, qürur və heysiyyətini,
haqqı, ədaləti təmsil edən, millətə sayğı duyan, çox parası olmasa
da, təmiz vicdanı olan, türklüyü sevən insanlarla bərabər olmaqdır.
Onsuz da uzun zamandan bu yana dünyanın hər yerində seçki qutuları
para qutularına yenik durumdadır.
Bu il Milliyyətçi Hərəkat Partiyasının 45 yaşı tamam olur. 45
ildir ki, MHP Türkiyədə yüz illərcə dünyanın ən şərəfli
millətlərindən birinə qarşı aparılan kimliksizləşdirmə,
soysuzlaşdırma, yabançılaşdırma xəyanətinə sinə gərərək, millətçi
düşüncəni millətin umud yeri, türk dünyasına açılan yol kimi, tüm
gücü, enerjisi ilə daim ölkənin sosial və politik həyatının
mərkəzində, baş ucunda, gəncliyin ürək döyüntüsündə və mücadilə
eşqində yaşadmışdır.
Yalnız o adamlar millətçiliyə qarşı çıxır ki, onların dünyadan
xəbərləri yoxdur, son üç yüz ildə Avropada və Türkiyədə baş verən
olaylardan heç bir şey bilmir və ya bilmək istəmirlər. Millətçilik
hərəkatının yaranma səbəbləri son yüz ildə ara vermədən müzakirə
edilir, onu kapitalizmin yetirməsi sayanlarla yanaşı, birbaşa
solçuluğa, marksizmə bağlayanlar da var. Normal bilim adamları bu
düşüncə sisteminə insanlığın gəlişməsinin növbəti bir qatı,
sivilizasiyanın vazkeçilməz mərhələsi olaraq dogal bir proses kimi
baxır, onun irqçiliyə, etnik eqoizmə heç bir əlaqəsi olmadığını
sübut edirlər.
Söz yox, milliyyətçilik adı altında faşizmin, irqçiliyin baş
qaldırdığı vaxtlar da olmuşdur, amma küll halında millətçilik
dünyada modernləşmə və maarifçiliklə bir sırada, aydınlatma
zamanında, imperatorluqların dağılma sürəcinin, milli düşüncə və
özünüdərkin, ulus dövlət quruculuğunun ürünü və ideya təməlidir. Bu
gün Avropanın və dünyanın bir çox müstəqil dövlətləri kəndi
varlıqlarını millətçi hərəkata borcludurlar.
Kürəsəlləşmə, insan haqları və milli azlıqlarla bağlı
gəlişmələr, böyük güclərin və böyük paraların sınır tanımayan bir
azğınlıqla qol-qanad açması ilk baxışda milli dövlət və bununla
yanaşı millətçilik düşüncəsinin sona çatdığı təsəvvürü yaratsa da,
millətçilik hələ də dövlətlərin inkişafının əsas mühərriki və
barışın, dəngənin əsas mexanizmi olaraq qalır. Bu, yazmaqla sona
çatmayacaq bir konudur. Yəni dövrün şərtlərı, insan haqları və öz
müqəddəratını təyin etmə konusuna bəzi dövlətlərin insan
sevgisindən daha çox, kəndi çıxarlarına uyğun önəm və üstünlük
vermələri, milli dövlətlərdə demokratiyanın güclənməsi zərurətini
önə çıxarır. Sonucda kürəsəlləşmə ilə millətçilik və milli dövlət
erası bitmir, tərsinə, yəni ideoloji və praktik yönlərlə
zənginləşir. İmperatorluqların, hegemonluq iddiasında olan güclərin
aradan götürülməsi, sorunların çözülməsi, qarşılıqlı etimad və
bununla yanaşı, insan haqlarının qorunması, etnoslar arasında
könüllü razılaşmalar tarixin heç bir dönəmində millətçi hərəkat və
milli dövlətlər zamanındakı qədər rahat və dayanıqlı
olmamışdır.
Türkiyəyə gəlincə, durum daha mürəkkəbdir. Diqqətlə baxılsa,
millətçilik Türkiyənin və türk millətinin olum, ya ölüm
məsələsidir. İslam dininin milli kimliyi arxa plana keçirən
hümmətçilik yolu, üstəgəl, Osmanlının millətçiliyin çoxmillətli
dövlətdə sorun yarada biləcəyi qorxusu və saray nihilizmi ilə türkü
sıradışı edib, milli kimlik olaraq yalnız müsəlman sözünü saxlaması
yüz on il bundan öncəyədək türk kimliyini millətə unutdurmuşdu və
Avropa dövlətlərinin Osmanlı torpaqlarını parçalamaq istəyinə güc
qatan bir nədən də bu idi. Yunan, yəhudi, ərəb, bulqar, erməni
millətçiliyi vardı, ancaq türk millətindən söz açılanda buna
irqçilik damğası vurulurdu. Əli bəy Hüseynzadələrlə, Əhmət
Ağaoğlularla, Ziya Göyalplarla, Yusif Akçuralarla başlanan türk
milliyyətçiliyi və ulusal dövlət qurmaq qaçılmazlığı dahi Atatürkün
şəxsində sözü işə çevirən bir qəhrəmanını buldu və türk xalqının
tarix alanından silinməsinin qarşısı alındı!
Türk millətçiliyi pankatolizmdən, panslavizmdən qorunma yoluydu.
Türkiyəni türk millətinə qazandıran türk milliyyətçiliyi
olmuşdur!
Bu gün dünyada Türkiyə və KKTC-dən başqa Azərbaycan,
Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi daha beş
bağımsız türk dövlətiylə Rusiyada kəndi sınırlarını bəlirləyib
yaşayan Tatarıstan, Başqırdıstan, Çuvaşeli, Dağlıq Altay, Saka,
Xakasiya və sair respublikalar, çoxlu özerk türk bölgələri varsa,
bunu da Rusiyanın basqısından baş qaldırıb kəndi azadlığı üçün
vuruşmuş minlərlə türk-tatar aydınının milliyyətçilik iradəsinə
borcluyuq...
Solçuluğun bizim gördüyümüz murdar üzündən xəbərsiz Türkiyə
solçularının, marksizm satqınlarının, bölücülərin, üzsüz Avropa qab
dibi yalayanların, Atatürk düşmənlərinin, dinlə alver edən, dini
siyasiləşdirən allahsızların, dağıdıcı Batı projelərinə içəridən
dəstək verən hər türlü vətən xainlərinin qarşısında millətinə
güvənərək dimdik dayanan yenə millətçilik və Milliyyətçi Hərəkat
Partiyasıdır.
Bu gün Türkiyədə millətçilik düşüncəsi Milliyyətçi Hərəkat
Partiyasının səbri, dözümü, yorulmaz çalışmaları sonucunda on illər
boyu kasıtlı şəkildə onun omuzuna yüklənən irqçilik, digər
millətləri bəyənməmək iftirası, terror, antidemokrat ləkələrindən
tam təmizlənmiş, dinc siyasi mübarizənin ən gözəl örnəyi olan bir
duruma gəlmişdir. MHP millətçiliyin hər türlü özəlliklərini və
gözəlliklərini ortaya çıxarmışdır. Türkiyənin gələcəyi ölü
tarixləri diriltmək, kəndi mutluluklarını türk milləti ilə bir
olmaqda görən xalqlara fantazi vədlər verməklə qaşınmayan yerdən
qan çıkarmağa çalışan təfəkkür sahiblərindən fərqli olaraq
yurddaşlıq bağlılığını önə çıxarmaqla Türkiyənin bütünlüyünü
qoruyaraq onu dünyanın böyük güclərindən birinə çevirməyi hədəf
seçmiş gerçək milli güc mərkəzi, türk millətinin nəbzinin atdıgı
bir yerdir. Bizi ora bağlayan da budur!
MHP Genəl Başkanı sayın Dövlət Bahçəlini uzun illərdir
tanıyıram. Son dönəmlərdə onun MHP konqreslərində, seçimlərdə bəzən
saatlarla sürən konuşmalarının bir çoxunu dinləmişəm. Bu
konuşmalarının hər biri düşmən havasına oynayan və milliyyətçiliyi
hədəf seçən soysuz, köksüz siyasətbazlara bir millət sevgisi, ağıl,
təvazi, demokrasi, insan haqları və uluslararası hüquqa sayğı
dərsidir. Yurdun tüm köşələrinə eyni gözlə, eyni sayğı və sevgiylə
baxan Gənəl Başkanın bu çıxışları Türkiyənin gələcəyinə işıq tutan
bir milli proqramdır. Dövlət bəyin düşüncələri seçimlərdən daha
çox, millətinin və dövlətinin gələcəyinə yönəlmişdir. Kürəsəlləşmə,
dünyaya inteqrasiya Türkiyənin bağımsızlığı və unitarlığına təhlikə
oluşdurmamalıdır, siyasi liderlik iddiasında bulunanlar yalnız
millətinə arxalanmalıdır. Yad barmaqlarda oyuncaq, kukla olanların
aqibəti gec-tez çöplükdür...
Tarix boyu böylə olmuşdur və bundan sonra da böylə olacaqdır.
Dövlət bəyin inamı budur. Azərbaycan və başqa türk dövlətləri ilə
ilişkilərində də O səmimidir və zamanı düzgün dəyərləndirərək, real
iş görməyi savunur. O, tarix bilgisinə dayanan, çağdaş düşüncəli,
gələcəyin məsuliyyətini daşıyan əsil milli lider, böyük düşüncə və
kamil insandır...
Millət var olduqca, millətçilik və millətçilər də var
olacaqlar...
Qeyd: Yazı Türkiyə türkcəsində qələmə alınıb və qardaş
ölkənin mediasında yayımlanması nəzərdə tutulur. Bu səbəbdən üslubu
saxlamağa çalışdıq.