Yuxarı

FHN qazdoldurma məntəqəsinin istismarını dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN qazdoldurma məntəqəsinin istismarını dayandırdı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Tarix
2026.04.25 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla