Yuxarı

Tank bizim maşına çırpıldı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehdiabad qəsəbəsindəki yeganə məktəbin 10-cu sinifində oxuyurdum. 1990-cı il başlamışdı. İki il idi sovet rejiminə nifrət hissi ilə dolmuşduq. Yanvarın 20-dən sonra pioner qalstkumuzu cırıb, şimal küləyinə verdik, komsomol biletimizi yandırıb külə dönməsini gözləmədən közünü tapdadıq.

Qəsəbənin girişində "Dördyol" adlanan məkan var. Kişilər sürdükləri yük və minik avtomobillərini yanvarın 12-dən "Dördyol”a yığıb barrikada qurmuşdular. Rus ordusunun Bakıya girəcəyi xəbərləri yayılmışdı. Şəhərin bütün girişlərində eyni aqibət hökm sürürdü. Qəsəbəyə giriş və çıxış sakinlərin razılığı əsasında məhdudlaşdırılmışdı. Növbəli sistemlə qurulan postlarda uşaqların keşik çəkməsinə icazə verməsələr də, kişilərə yemək, su, geyim, odun gətirmək şərəfinə layiq görülmüşdük.

Atam da başqa atalar kimi o kişilərin arasındaydı. Qarajın anbardarı vəzifəsini ona həvalə etmişdilər. Əşyaların içərisndə 7 ədəd 16 kalibrli tüfəngin olduğunu iş yoldaşları bilirdi. Yanvarın 16-da silahları istəmişdilər, atam onlara gerçəyi söyləyərək, patronların 32-lik olduğunu demişdi. Silahlardan səmərəli istifadə etməyin mümkünsüzlüyünün izahından sonra kişilər rusun qarşısına yalın əllə çıxmağa razılıq vermiş, ən güclü silah olan qürurlarına sarılıb 19-u gecə saat 23:30-a qədər postlarını göz bəbəkləri kimi qorumuşdular...

"Rus tankaları Bakıya girdi" xəbəri sakinləri evlərdən küçəyə tökdü. Əksəri qadın və uşaqlar idi. 5 yaşlı kiçik qardaşım evdə yatmışdı. Biz – iki qardaş, anamla birgə atamı axtarırdıq. Başqaları da atasını, qardaşını haraylayırdı. Cavab gələ blməzdi. Kişilər irəliyə doğru – gələcəkdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinə çevirəcəyimiz mənfur xislətli Kirovun adını daşıyan qəsəbəyə gedib, Biləcəridən girəcək qanlı ordunun qarşısına çıxmışdılar. Yaşıdlarımla birgə kişilərin yanına getmək istəsək də, qadınları başsız buraxmağın düzgün olmadığını yəqinləşdirib, qəsəbənin küçələrində dəli kimi ora-bura gəzişir, güllə səslərindən əndişələnirdik. Bizdən yaşca böyük olan bir qrup gənc şəhərə gedib vəziyyətdən xəbər tutmağı planlaşdırdı. Qadınları bizə tapşırdılar. Hələ də ana və bacılarımızın için-için ağladığını eşidirəm.

Səhər qıpqırmızı rəngdə açıldı. On iki nəfərlik dəstəylə atalarımızı, qardaşlarımızı axtarmağa getdik. Saat 07 radələrində indiki "Azadlıq prospekti" metrostansiyası yaxınlığına çatanda 4 saat vaxt keçdiyinin fərqinə vardıq. Adamlar qaçışır - maşınlar yolun ortasında tullantılara çevrilib, ətrafa daşlar səpələnib. Çaşqınlıq içərisindəydik. "Sonra hara gedək?" Elə bu vaxt "alabaş" adıyla məşhur olan avtobusdan biri yanımızda saxladı. Aramızdakılardan bəzilərini tanıyan sürücü Fatmayı kəndində yaşadığını deyib, bizi də geri qaytarmağa hazır olduğunu bildirdi.

Qəsəbəyə çatanda axtardıqlarımızın geri döndüyü və bizi axtardıqlarını eşitdik.

Yanvarın 20-də qonşumuz Rəhimin toyu idi. O vaxt dəvətnamə olmurdu, qapı-qapı düşüb dəvətliləri bir həftə əvvəl siyahıya alırdılar. Toy təxirə salınmadı, musiqisiz yığıncaq oldu. Atamdan danışırdı: bir saatlıq məclisdə qonaqlar lal-dinməz oturub, yeməkləri mexaniki şəkildə qəbul ediblər.

22-də şəhidlərin dəfn mərasimində qəbirlərin qazıntısı zamanı torpağı daşlardan təmizləyənlər arasında mən və dostlarım da vardı.

Yanvarın 24-də anamla xalamgilə gedirdik. Yanan güllələrin uçuşduğu küçələrdə xalamın tapmadığı oğlu qətlə yetirilənləri morqlara daşıyanlara, sağları xilas edənlərə qoşulduğundan 22-də evinə dönüb.

Xalam Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yaşayırdı. 123 nömrəli "Raf" markalı mikroavtobusun arxa sırasında oturmuşduq. Əzizbəyovun indi gorbagor olan heykəlinin yanına çatanda arxamızca gələn tank vəhşi hərəkətlərilə mikroavtobusu tələsdirməyə başladı. Sürücü aşağı düşüb onların üstünə çığırandan sonra yenicə tərpənmişdk, tank arxadan maşına çırpıldı. Zərbədən döşəməyə yıxılan sərnişilərin bəziləri zədələndi.

Mənim alnım partlamışdı. Hər birimiz tankın üzərinə yeriyərək, avtomatlı əsgərləri müxtəlif tərzlərdə lənətlədik... Rus əsgərləri öncə duruxdular, sonra tankı döndərib geri qayıtdılar.

Qayıtdılar. Həmişəlik geri döndülər. Azərbaycan dövləti müstəqilliyinə qovuşdu. Şəhidlərimizin qanı vəhşiləri boğdu.

Tarix
2019.01.20 / 17:59
Müəllif
Ceyhun Musaoğlu
Şərhlər
Digər xəbərlər

Nə yayılır: Astarada dəhşət, Qubada komfort?..

“Bir qala...”dan “Bir xala...”yacan

AXC Türkiyə üçün nümunə oldu – Foto

İbrahimbəyov öldü – Allah rəhmət eləməsin!

Elza Seyidcahana imkan verməyək!

İslahatlar: Yuyub aparmayacaq, silib təmizləyəcək

Tapşırığınız məqsədimizdir, cənab Prezident

Türkiyə və Rusiya buna necə razı oldu?

Sanki mənə gülürdülər

"Onların bir yerdə çörək yeməyinə təəccüb etdilər"

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla