Yuxarı

Tək bir gün yalan və küfrə yox desək…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tək bir gün yalan və küfrə yox desək…

Hamımızın mövludu

İtalyanların hər ilin ayrıcında köhnə əşyaları pəncərədən küçəyə atması ənənəsini qəbul etməyə bilərsiz, amma keçmiş küskünlükləri, kini və küdurəti, həyatımız üçün ağır yükə çevrilmiş xatirələri 2014-də qoymamızda bir fayda olduğunu düşünürəm.

Avropanın qədim və temperamentli bir xalqının hərəkətlərindəki məntiqi anlamaq elə də çətin deyil: insanları monotonluq yorur. Eyni aksessuarların əhatəsində qalmaq adamların motivasiyasını korşaldır və yaradıcı impulslarına mane olur.

Deyə bilərsiniz, məgər dahi qələm sahibləri yüz otaqlı saraylarda dörd bir tərəfə açılan eyvanlarda yaşayrdılar ki, onların qələmi daim təzələnsin? Yox, əlbəttə ki!

Axı Şekspirə, Heminqueyə, yaxud Motsarta ruh verən, adi bir şam işığının kölgəsində ölməz əsərlərini yaratmağa vəsilə olan səbəblər toplusunu hamıya şamil edə bilmərik. Lakin dünyanı dəyişən insanların hamısı ilk növbədə özlərindən başlayıblar və ruhən, mənən təzələnməyin nə qədər önəmli olduğunu hər kəsə göstəriblər.

İqtisadçılar bir fenomeni tez-tez vurğulmaqdan çəkinmirlər. Onlar məsələn, maliyyə sektorunda baş verən fərqli tendensiyanın bəzən köklü sosial-iqtisadi amillərlə deyil, sadəcə insanların gözləntisi ilə əlaqədar olduğunu dilə gətirirlər. Yəni, sokratcasına deyilsə, birdən hamı eyni cür düşünsə və deməli, eyni istiqamətdə hərəkət eləsə, yerin bir tərəfi mütləq "əyiləcək". Onda sabahımızın yaxşı olacağına göstərdiyimiz inamın dünyada yaradacağı mənzərəni də təsəvvürlərə gətirmək o qədər də çətin deyil.

2015-ci ildə heç olmasa bir gün bütün qitələrdə silahların susmasına dair moratorium imzalamaq olar.

2015-ci ildə cəmi bir gün bütün yalan və küfrə, imansızlıq və ədavətə yol verilməyəcəyini bəyan etmək olar.

2015-ci ildə cəmi bir gün küskünlükdən geri durmaq mümkündür. Hətta bu yerdə yaponların təzəcə yaratdığı "üzr diləyən robotlar"ın xidmətindən də faydalana bilərsiniz. Məğrurluq, öz "mən"ini daha qabarıq nümayiş elətdirmək və prinsiplərini yeritmək nə qədər insanları bir-birindən ayrı salan başlıca səbəbdir. Biz adamları döyüş cəbhəsində yox, elə qonşuluqda, iş yerlərimizdə və cəmiyyətdə hər gün "qətl" edib, onları canlı olaraq itiririk. Əsil müharibə yaşadığımız əhatədə, bizim xaraktelrimizdən hördüyümüz divarların içərisində gedir.

Yüzlərlə namaz qılan tanıyıram, ən ali surələrə baş əysə də, qonşusuna kiçicik bir ehtiram göstərməyi əsil dindarlıq adına yaraşdırmır, inadından dönməyi cismani yoxluqdan betər cəza hesab edir. İçində qəzəb hissi olanların, övladını, doğmasını, həmkəndlisini ağır sözlərlə yad eləyən adamların Məkkəyə ziyarətini necə müstəcəb saymaq olar? Axı məntiqlə hacıların artması cəmiyyətdə barışı, ədaləti də gücləndirməliydi. Səbəb nədir ki, müqəddəs yerlərə gedənlərin döndükləri məkanlarda fitnə-fəsadın kökü kəsilmir?

2015-ci ili əfv və humanizm üstünə döndərmək görün nələri dəyişərdi? Savaş aparan dövlətlərin silahı bilirsizmi nədən çıxır - bizlərin sosial, sinfi, ideoloji və dini düşmənçiliyindən. Hər adam bir yadellini bağışlasa, siyasi rəqibinə əl uzatsa, irqi və milli vuruşmaların sayı birə-beş qat azalardı.

Gələn ilin xeyirxahlıq üstünə dönməsi üçün siz bu siyahıya öz qeydlərinizi əlavə edə bilərsiz. Onda görəcəksiz ki, Tanrının əl atıb xilas elədiyi dilsiz-ağızsız heyvanlarla simvollaşan illər sizin adınıza bağlanacaq, əməllərinizin əbədiləşməyinə zəmin yaradacaq.

Onsuz da təqvimi müxtəlif əlamətdar hadislərlə yükləyən dünya insanı elektrik enerjisinə qənaət üçün bütün işıqları söndürməyə qalxa bilir, başı kəsilənlərin haqqı uğrunda əllərini düyünləyib hayqırmağı - yumruqlarını lampa kimi "yandırmağı" özünə rəva görmür.

Odur ki, İsa peyğəmbərin mövludunu qeyd edərəkən düşünün: 2014 ildir ki, bəşəri mövcudluğa dayaq duran, Allahın sözünü insanlara çatdıran bir elçinin missiyasını təkrarlamaq mümkün deyilsə, heç olmasa bir adamın xilaskarı ola bilərsiniz! Bundan ötrü yeniləşin, ruhən, qəlbən və fikrən təzələnin! Onda dəyişən təkcə rəqəmlər və təqvim deyil, həm də yaşadığmız kainat olacaq!

Doğrudur, daşıdığımız bahalı-ucuz saatlar hər gün eyni işi görür: əqrəblər müqəddəs 12-dən başlayıb 12-yə doğru irəliləyərək zamanı ölçüb bizlərə təqdim edirlər. Əgər saatlar yorulmursa, sizlər də yaşamaqdan usanmayın!

Mübarək illərə doğru, əziz dostlar, istəkli məsləkdaşlar! Yeni il hamımızın mövlududur, əslində. Ad günlərimiz müxtəlif olsa da!

Tarix
2014.12.31 / 15:45
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla