İmperiya olmağa can atmaq üçün "yumşaq güc" vasitələrindən biri
də dildir. Türklər seriallarını ixrac etməklə buna nail olmaq
istəyirsə, başqa xalqların da özünəməxsus silahları var. İngilsin
dünya miqyasında hökmranlığı buna sübutdur.
Deycəksiniz ki, 1 milyard 600 milyonu keçmiş Çin dövləti daha
geniş məkanlarda dil arealını genişləndirməyə heç də canfəşalıq
göstərmir. Lakin o da faktdır ki, siyasi-ideoloji silah mühüm
mədəni işğal aləti olan dil hazırda Rusiya dövlətinin mühüm
başağrılarından birinə çevrilib.
Şimal qonşumuzun Təhsli və Elm naziri Veniamin Kaqanov bəyan edib
ki, son 20 ildə rus dilində danışanların sayı 120 milyon nəfərdən
çox azalıb. "İndi dünyada 260 milyon rus dilində danışan insan var
ki, onlardan da 140 milyonu Rusiyada yaşayır. O üzdən Rusiya
dövləti yanında xüsusi qurum yaradılıb və onlara müvafiq proqramlar
hazırlamaq tapşırılıb".
Sovetlər Birliyinin dağlmasından sonra bir-birinin ardınca
müstəqillik qazanan ölkələrdə, o cümlədən, sosialist düşəgəsinə
daxil olan məkanlarda Puşkinin dilinin dairəsi zəifləməyə başladı.
Əksər yerlərdə onun statusu ictimai səviyyəyə endirildi, məktəblər
kütləvi bağlanmağa başladı və tədris proqramlarında onun yükü
azaldıldı. İndi tanınmamış Osetiya və Abxaziyadan başqa yalnız
Belorusda rəsmi yazışmalar zamanı rus dilinə mühüm önəm verilir.
Yerdə qalan postsovet respublikalarında ənənəvi bağlar qırıldıqca,
ingils dili öz nüfuzunu daha da möhkəmləndirərək alternativlərə yer
qoymur. Moldovanlar son illər hətta rumın dilinin prestijini
qaldırmaq üçün rusdillilərə qarşı əsil mənəvi-siyasi sanksiya
rejimi tətbiq edirlər. Müstəqilliyin ilk illərindən bu günədək
pribaltlar da eyni ictimai ruhu yaşadırlar və rusa görə onun dilini
də sevmirlər.
"Dillərin döyüşü" Rusiyanın özündə də yüksək templə getməkdədir.
İstər yerli xalqlar, istərsə də miqrantlar içərisində rus dili o
qədər də populyar sayılmır. Halbuki dövlət tərəfindən son illər
daxli iqtisadi və sosial mühitdə üstünlük verdiyi şərtlərdən biri
də milli dilin mənimsənilməsi olub. Lakin belə cəhdlərlə dünyəvi
dəbi dəyişə bilməzsən.
Azərbaycan dövləti üçün dilə siyasi yanaşmanın heç bir əsası
olmamalıdır. Rusofillikdən qorxu və mənəvi özgələşmə təhlükəsi adı
altında rus dilinin məkanını azaltmağa dəyməz. Çünki dünya mədəni
və ədəbi irsinin döyük bir hissəsi artıq rus dilinə tərcümə edilib.
Belə resursdan imtina etməkdənsə, onu stimullaşdırmaq lazımdır.
Digər tərəfdən, vaxtilə portuqallar Britaniya ticarətində yer
qazanmaq üçün şahzadənin qoyduğu ən ağır şərtlərə razılaşmışdılar.
Əmək bazarına nüfuz etmək üçün sadə azərbaycanlıların belə rus
dilini bilməsi daimi tələb olacaqdır. İstənilən hakimiyyətlərin
vəzifəsi əhatə olunduğu regionun iqtisadi xəritəsini yaxşı
bilməsindədir.
Runqliş ingilis dilli mühitdə ruslara məxsus dildir. Lakin belə
sintezi etməyə azərbaycanlıların imkanı yoxdur. O üzdən sovet
libasını çıxarıb atsanız da, rus dilinə "davay, dosvidaniya" deməyə
tələsməyin!
(Mətn millət vəkili Zahid Orucun profilindən götürülüb)