Kütlə psixologiyası, ictimai rəy və azad
cəmiyyət!
Bu üç anlayış bir-biri ilə sıx bağlıdır. Hərçənd birincisi pis,
ikinci və üçüncüsü isə bəyənilən və arzu olunan şeylərdir. Bununla
belə, kütlə psixologiyası ilə ictimai rəy bir-birinə çox bənzər və
yaxındır. Aradakı fərq isə odur ki, kütlə psixologiyası az gəlişmiş
və avtoritar rejimlərə məxsus olduğu halda ictimai rəy azad
cəmiyyətlərdə hökumət siyasətində təsiredici vasitədir.
Mənim bu yazı ilə məqsədim də oxucuları kütlə psixologiyasının
qurbanı olmaqdan xilas etməkdir.
Kütlə psixologiası nədir?
Bu - öz şəxsi fikri və dəyərləndirməsi olmadan, ona bu imkanlar
tanınmadan, "yuxarıdan", ya da cəmiyyətdə təsir qrupları tərəfindən
vətəndaşa və ümumiyyətlə, xalqa kollektiv dəyərlərin sıranmasıdır.
İcitmai rəy fərqlidir; cəmiyyət üçün əhəmiyyət kəsb edən hadisələr
haqqında sosial qrupların nə düşündüyü və bunların necə həllinə
tərəfdar olduqlarına dair mülahizələri ictimai rəyi təşkil
edir.
Bunlardan danışanda medianın rolunu də xüsusilə vurğulamalıyıq.
Çünki media həm kütlə psixologiyasının, həm də ictimai rəyin
formalaşmasında kilid rol oynayır. Xalqa və vətəndaşa çatmanın və
ona fikir təlqin etmənin əsas vasitəsi mediadır. Medianın bu rolu
istər avtoritar cəmiyyətlərdə, istər də demokratiyalarda öz
əhəmiyyətini qoruyur. Sadəcə olaraq, avtoritar rejimlərdə media tək
yönlü propaqanda apardığı halda, demokratik rejimlərdə müxtəlif
fikirlik yayır, vətəndaşın də bu müxtəlif fikirlər arasında
bəyəndiyi, həqiqətə və dünyagörüşünə daha uyğun düşənləri seçmə
imkanı olur.
Kütlə psixologiyasının formalaşmasında sədəcə ekranlardan
oxuduğumuz xəbərlər həlledici olmur. Məşhurların, ağsaqqalların,
siyasətçilərin fikirlərinin, hətta göstərilən reklamlar, TV
serialların vətəndaşın istehlakçı, əyləncə düşkünü, şovinist, ya da
əqidəsiz insan kimi formalaşmasında böyük rolu vardır.
Məsələn, geniş istehlak kredit imkanları konkret malların
reklamı ilə birləşincə, bu, insanların imkanı çatmayan şeyləri
alaraq borçlanmalarına, istehlakçı toplumu formalaşdırmağa səbəb
olur. Dəbin təsirini görmək mümkündür - birdən hər kəs qırmızı, ya
da mavi rəngə bürünür, uzunburunlu narahat ayaqqabı geyinir…
Kütlə psixologiyası ilə yan-yana gedən bir factor -
stereotiplərdir. İctimai stereotiplər məhz kütlə psixologiyasının
güclü olduğu cəmiyyətlərdə olur. Məsələn, "qız uşağı axşam 9-dan
sonra evə gəlməz" kimi stereotip belə davranmayanlar haqqında pis
düşünməyə və çoxluğun gözündə qınanmaya səbəb olur. Bu hal açıqça
izah edir ki, kütlə psixologiyasının qurbanı olmamaq üçün, kor-kor
stereotiplərin peşindən gedilməməli, ətrafında gördüyün hadisələrə
şübhə və sorğulama ilə yanaşılmalıdır. Hər bir hadisənin təsir
göstərdiyi maraq sahibləri var, bunları təhlil etmədən özümüzü
könüllü şəkildə manipulyasiyaya təslim etmiş oluruq.
Kütlə psixologiyasının subyekti, ətrafda gördüklərinə verdiyi
sual "nə" formasında olduğu halda, ictimai rəyin yaradıcısı olan
vətəndaş "nə" sualından sonra "niyə" sualını soruşaraq, necə
olacağını da düşünür və hansı təsirə məruz qala biləcəyini
hesablayır. Kütlə psixologiyasının düşməni məsuliyyətli və şüurlu
vətəndaşdır.
Əslində, ətrafımızda gördüyümüz hadisələrin çoxu bizdən ötüşüb
keçmir, dolaylı formada, ya da daha sonra bizə təsir edir.
Qonşuluqda baş verən bir zorakılıq halı uşaqlarınızın tərbiyəsinə
pis təsir göstərdiyi kimi, oğrunun cəzasız qalması da bir gün sizin
onun qurbanı ola biləcəyiniz mənasına gəlir.
İctimai rəyə gəldikdə: o, demokratik cəmiyyətlərin və vətəndaş
cəmiyyətinin vacib ünsürüdür. İctimai rəyi nəzərə almaq demokratik
hökumətlərin legitimlik sertifikatıdr. Bununla belə, ictimai rəyi
yönləndirmək, şəkilləndirmək mümkündür. Məsələn, Buş hökuməti,
saxta 9/11 tragediyası ilə belə bir ictimai rəy yaratdı ki, ABŞ
mütləq İraq və Əfqənistanda terrorçularla müharibə aparmalıdır.
Daha əvvəl qeyd etdiyim kimi, bəzən ictimai rəy də kütlə
psixologiyasının bir təzahürü kimi qarşımıza çıxa bilər: məsələn,
qonşu Ermənistanda media, hökumət və sənət dünyası erməni xalqına
uydurur ki, Dağlıq Qarabağ onların torpağı olub və nəyin bahasına
olursa olsun, işğaldan azad edilməməlidir. Beləliklə, ermənilərin
çoxu özünə bu sualı soruşa bilmir: Azərbaycanla müharibə
vəziyyətində olmaq bizə nə qədər xeyirlidir?
Yaxud rus vətəndaşı: Putinin və pro-Putin mediasının təbliğatı
nəticəsində özü özünə deyə bilmir ki, zatən Rusiya dünyanın ən
böyük dövlətidir; bizə heç bir xeyri dəyməyən Krıma görə bu qədər
ziyana düşməyimiz nə qədər məntiqlidir?
İctimai rəy şəxslərin mənfəət və ambisiyalarını yox, vətəndaş və
cəmiyyətin problemlərinin müsbət həllinə yönəlməlidir.
Deməli, bizə düşən eşitdiyimiz hər şeyə inanmadan, aldığımız
məlumatı öz ağıl və vicdan tərəzimizlə ölçüb, sonradan həmin
məlumatlara dəyər mühakiməsini tətbiq etməkdir. Düzdür, qıt ağılı,
təcrübəsiz və dar dünyagörüşü olan insan bunu bacara bilməz, amma
ən azından belə insan da fəqli düşüncələrə nəzər salaraq, daha
obyektiv yol tapa bilər. Başqa sözlə, ağılın aciz qaldığı
hadisələrdə yol göstərən müxtəlif fikirlərdir. Bu səbəblə orta əsr
teokratik monarxiyalardan başlayaraq, fərqli düşüncəni boğma
həmlələri avtoritar və totalitar cəmiyyətlərdə də ənənə formasını
aldı - SSRİ buna parlaq bir misal idi.
Fərqli düşüncədən qorxmayın, o özünüzə kənardan baxma imkanı
verəcəkdir. Fərqli düşüncə sintezin yaranmasında "anti-tezisin"
başqa adıdır. Azad cəmiyyət bərqərar etmək istəyiriksə, müxtəlif
(keyfiyyətsiz orta təhsil, tibbi siğortanın olmaması) problemlərə
yönələn sağlam ictimai rəy formalaşdırmaq hər bir vətəndaşın borcu
olmalıdır.
Sözü uzatmadan burda kəsəcəm: gördüyünüz və ciddi saydığınız
problemlər haqqında yazın - dövlət orqanlarına ərizə, media
qurumlarına şikayət, sosial şəbəkələrdə xəbər kimi. Qoyun sizə
"demaqoq" desinlər, halbuki siz sülh zamanında bir qəhrəman əsgər
olacaqsınız. Murov dağındakı əsgər vətən torpağını qorumaqda nə
deməkdirsə, Bakının təmiz havası üçün mübarizə aparanlar da o qədər
yararlıdır.
Salam olsun vətən övladlarına!