Yuxarı

Kürə görə ezam olunmuşdu, qəzaya düşdü: 1 ölü, 4 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürə görə ezam olunmuşdu, qəzaya düşdü: 1 ölü, 4 yaralı

Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi Qayğı qəsəbəsində baş verib.

Laçın rayon sakini Bakir Möhbalı oğlu Quliyevin idarə etdiyi 41 BE 893 dövlət nömrəli VAZ markalı avtomobil Yevlax rayon sakini Azər Pənah oğlu Bədəlova məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə VAZ-ın sürücüsü B.Quliyev hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Habil Əli oğlu Həsənov, 2008-ci il təvəllüdlü Polad Habil oğlu Həsənov, 2013-cü il təvəllüdlü Murad Habil oğlu Həsənov və 2014-cü il təvəllüdlü Razi Surxay oğlu Həsənov müxtəlif dərəcəli xəsarət alıb və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

VAZ markalı avtomobilin sürücüsü, həyatını itirən Bakir Quliyev baytar olub.

“KamAZ” markalı avtomobili idarə edən isə Kür çayının uçan bəndinin bərpası üçün Yevlax rayonundan ezam olunan sürücülərdən biri olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.04.25 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla