Diplomatiya qeyri-hәrbi vasitәlәrlә tәmsil etdiyin
ölkәyә dostlar qazandırmaq sәnәtidir. Ukraynanın әtrafında gedәn
amansız silahlı döyüşlәr fonunda sәfir Aleksandr Mişenkonun
Azәrbaycanı xәyanәtdә suçlamasını eşidəndә bir anlıq özümüzü qlobal
güclәrin yerindә hiss edib, sovet siyasi elitasının keçmiş
rәhbәrlәrini xatırladım.
Diplomatik xidmәtә "xalqlar atası" Stalinin şәxsi xeyir-duası
ilә başlayan vә 28 il SSRİ-nin xarici siyasәt sükanı arxasında
dayanan Andrey Qromıko tәmsil etdiyi imperiyanın gücünә baxmayaraq,
rәqiblәrini sәsinin tonu vә emosiyası ilә deyil, güzәştsiz vә
inadkar soyuqqanlığı hesabına mәğlub edirdi. O bu hissiz vә
sinirsiz xüsusiyyətlərə 2-ci dünya müharibәsindәn qabaq Amerika
sәfirliyinә çalışmağa gedәrkәn ideya silahdaşlarının - okeanın o
tayındakı bolşeviklәrin kilsәdә vaiz kimi leksiyalarını dinlәmәklә
nail olmuşdu. Ateizm üzәrindә qurulmuş bir sistem dini hücrәlәrin
insan alәminә sonsuz tәsirini nәzәrә alıb, xarici cәbhәdә döyüşәn
sәfirlәrә gerçәk akademiyaların ünvanını göstәmişdi. Mәgәr
diplomatların bəzən şeytan işi görsәlәr dә, Allahın evinә baş
çәkmәlәrindә ziyanlı nə var ki?
İndi bütün sovet keçmişini yenidәn dərk etməyə çalışan vә ortaq
tarix içərisindən özünə milli keçmiş düzəldən Ukraynanın sәfirinin
dә bunları bilmәsindә bir fayda var. Hәr halda kommunistlәrin
qurduğu sistem tәkcә bir millətin xidmәti deyildi. İndi 70 illik
qalibiyyət yubileyini qeyd etmyə buraxılmayan sovet xalqının
faşizmin darmadağın edilməsi uğrunda mübarizəsi inkar edildikcə,
ruslar 2-ci dünya savaşının qələbə tarixinə daha çox
sahiblənəcəklər və xilaskarlıq missiyalrı ilə yenidən meydana
atılıb antiamerikanizmin, anti anqlosaks dünyasının liderinə
çevriləcəklər. Bax onda "Osvensem"lər yenidən təkraralanacaq,
hitlerizm təzədən baş qaldıracaq.
Xatırlayırsızsa, cәmi bir ay әvvәl ukraynalı sәfir beynәlxalq
alәmi Qarabağ mәsәlәsinә görә suçlayırdı vә әrazi bütövlüyü
problemini nәhayәt, öz bətnində yaşayan bir ölkәnin tәmsilçisinin
bizә canıyananlığı çoxlarına xeyli tәbii görünmüşdü. Lakin belә
bәyanatların verilməsi heç zaman səbəbsiz olmur. Azərbaycan
hərbi-siyasi meydanda yalnız qalanda nəinki iqtisadi yardım edən,
eləcə də mənəvi dayaq duran postsovet ölkəsinə biz rast
gəlməmişdik. Əvəzində gürcülər, moldovanlar azərbaycanlıların
timsalında pulsuz təbliğatçılar qazanmışdılar. O vaxt Ukrayna
ölkəmizdən benzin istəməyə gəlmişdi, ancaq enerji ehtiyacını
respublikamızın hesabına ödəyən bir çox ölkələr beynəlxalq
tədbirlərdə Rusiyanın qəlbinə girmək üçün hər cür mənəviyyatsızlığa
əl atırdılar. Qərb isə o zamanlar Azərbaycanın şimal qonşusu
əleyhinə bəyanatlarını isterika adlandırıb onların üzərindən iri
addımlarla keçərək böyük neft müqavilələri üçün Kremllə sazişə can
atırdı. İndi nə olub, Putinin planlarını təzəmi görməyə
başlayıblar? Məgər, Qarabağ, Osetiya, Abxaziya, Dnestryanı ərazi
problem yetərli deyildi?
"Keçmiş torpaqları" qaytarmağa can atan imperiya varisinə qarşı
dünya infromasiya resurslarını, iqtisadi və siyasi potensialını işə
salmaq üçün 2014-cü ilə qədər gözləmək, bütün məzlum xalqları
onlara əzdirib əvəzində NATO, 7-lər İttifaqında və digər
formatlarda Rusiyaya özəl status tanımaq, Əfqanıstanda, İraqda
koalisya ortaqlığı qurub müttəfiqə çevrilmək, nüvə klubunda şərəfli
yeri onunla paylaşıb kosmik fəzanı ortaq paylaşmaq, ən sonda
alıcısı Avropa olan enerji ehtiyatlarının 600 milyard dollarlıq
valyutaya səbəb olmaqdan sonra indi durub Qərbə yönələn yeni Rusiya
təlhlükəsi haqda balladalar danışmaq əsil riyakarlıq
nümunəsidir.
İşğal əməliyyatları Donbasdan başlamayıb, Luqanskda da qurtaran
deyil. Ona görə də Rusiyanı siyasi-hərbi cəhətdən təkləyən, onu
ticari embarqolarla boğacağını zənn edən "Normandiya cütlüyü" bir
gün Putinlə sövdələşmə yapanda Stalinin əlini sıxan Çörçilin,
Ruzveltin sümükləri qəbirdə çevriləcək.
Ona görə də Yanukoviçi devirib ukraynalılara azadlıq
gətirəcəyini vəd edənlərin yerinə səfirin durub Maydana heç bir
aidiyyatı olmayan Azərbaycanı suçlandırması heç bir məntiqə sığmır.
Lakin Mişenkodan keçmiş hakimiyyətlərin cinayətlərinə görə
cavadehlik tələb edən yoxdur. Qisas və kin hisləri dövlət
münasibətlərinin fasadına, fundamentinə qoyula bilməz. Halbuki heç
kəsi qınamadan, məğlubiyyətlərini inqilabi eyforiyada
axtarsaydılar, gələcək faciələrin miqyasını bir qədər azalda
bilərdilər.
Baxın, Krımı bir güllә atmadan tәhvil verәnlәr düz 25 il
Qarabağa görә susdular. Hәr iki fakt Ukraynanın tarixindә qara lәkә
kimi yaşayacaq. Mәgәr sübuta ehtiyacı olmayan belә faktları
qabardanlar keçmiş sovet mәkanını onsuz da bölüb-parçalayanlara
əlavə nəfəs vermirləmi?
Bәlkә Ukrayna Ermәnistanı tәcavüzkar kimi tanıyıb, xәbәriniz
yoxdur? GUAM çәrçivәsindә siyasi müttәfiqliyimiz belә nә Yuşşenko,
nә Yanukoviç hakimiyyәtinә Azәrbaycanla bağlı mәsәlәlərdә
prinsipial bir xәtt izlәmәyә imkan vermәdi. BMT-dә sәsvermә zamanı
tutulan mövqeni gözümüzә pәrçim elәmәyә çalışanların qarşısına
Naurunu, Qvineo-Bisaunu da qoya bilәrik vә bu cırtdan dövlәtlәrin
bizim regionda marağı olmadığı halda tutduqları mövqe çoxlarından
daha tәmәnnasız idi.
Hәr halda bizә görә yalnız bir ölkә Ermәnistanda sәfirlik
açmaqdan imtina edib. O da demokratik standartlara uyğun
gәlmәdiyindәn belə fәdakarlığı başqalarına nümunә göstәrmәkdәn hәr
zaman çәkinmişik.
Siyasәt avantüraya çevrilәndә çox böyük itkilәrә yol açır. Bәli,
Ukraynanın keçmiş rәhbәrlәrinin sәhvlәrinin bәdәlәini indi tәkcә
bir xalq ödәmir. Lakin әrazisinin beşdә birini itirmiş ölkәlәrin
klubuna üzv olan bir dövlətin sərhədlərində gedən davanı
mifləşdirənlər SSRİ-ni vaxtilә dağıdanların balalarıdır. Onlar
informasiya mәkanını işğal edib adamları psixoloji diversiyalara
məruz qoyurlar. Guya, Donbasda gedәn döyüşlәr Qarabağ uğrunda
aparılan savaşın tərkib hissədir. Orada rusları mәğlub edәn
benderlәr ordusu vә "Slava Ukraina" himninin ifaçıları avtomatik
olaraq silahı götürüb Xankәndinә - bizə qardaşlıq yardımına
gәlәcәklәr. Budur, məğlubiyyәt ideologiyalarını körüklәyәnlәrin
xalqlar üçün qurduqları növbəti tələ.
Ukrayna Qәrbin tәhlükәsizliyi üçün hәyati әhәmiyyәt daşıya bilәr
vә dünyanın yeni siyasi arxitekturasını hazıralayanlar qәdim
slavyan birliyni parçalamaq üçün әn yaxşı müharibәni indi
qazanıblar. Lakin Azәrbaycanın taleyi orada hәll olunmur vә antirus
blokuna bizi tәhrik edәnlәrin çoxu sonradan Putinlә razılaşıb
ölkәmizi çox ucuz satacaqlar. Biz belә xәyanәtlәri iki әsrdi ki
görürürk. Rusiya prezidentini işğalçılıq siyasәtinә görә mühakimә
edәn Qәrb dә, elә onu tәcavüzkar kimi tanıyan Ukrayna da bu ölkә
ilә ticarәt aparmaqda davam edirlər. 2014-cü ilә qәdәr yükәslәn
xәtlә inkişaf edәn bu әmәkdaşlıq tәkcә MDB məkanından deyil, elәcә
dә Avropa Birliyi ilә münasibәtlәrdәn daha irәlidәdir. "Rәqәmlәr və
faktlar çox amansız olur" deyirlər.
45 milyard dollarlıq dövriyyә ilә Rusiya ötәn ilә qәdәr
Ukraynanın birinci partnyoru olub. Özü dә bütün sahələr üzrә. Hәtta
indi - hәr gün Donetskdә, Luqanskda yaşanan acı savaş sәhnәlәri
fonunda tam düşmәnçilikdәn söhbәt gedә bilmәz. Doğrudur, әlaqәlәr
iki dәfә zәiflәyib. Lakin qaz razılaşması daxil yüzlәrlә adda
mәhsul ixracı yenә də iki ölkә arasında olmayan sərhәdlәri hәr gün
aşıb keçmәkdә davam edir və səngərdə bir-birinə güllə atanlar
bazarlarda, ofis binalarında, dövlət orqanlarında öpüşüb-görüşüb
alğı-satqılarını davam edirlər.
Әn dәhşәtlisi, hәrbi sәnaye komlekslәri arasındakı müqavilәlәrin
durdurulmamasıdır. Tәsәvvür edirsizmi, Ukrayna Rusiyaya silah,
texnika vә onun hissәlәrini vermәyi dayandırmayıb. Mәsәlәn,
"Satana" raketi rusun hərbi arsenalına haradan daxil olurdu?
Tәsәvvür edirsinizmi, Ukrayna oğulları hәm dә onun dövlәtinin
satdığı silahlarla ölür. Moskvaya gәtirilәn texnika vә texnologiya
sonradan həmin ölkənin şərqində gedən döyüş bölgələrinə göndərilir.
Beləliklə, xalqların faciәləri üzәrindә milyardlar qazanılır. Siz
dә Maydandan çıxmış və keçmiş sovet xalqlarının azadlığı uğrunda
hamının əvəzinə vuruşan demokratlardan danışırsız. Reallıq
arzulardan və BBC ekranlarındakı tüğyan edən təbliğat sunamisindən
tamam fərqlidir...
Azərbaycan Qərbin siyasi Şurasında Rusiyaya dəstək verməkdən
daha çox özünün eşidilməsini istəyib. Çünki sanksiyalarla Ukrayna
böhranı həll edilə bilməz. Burada seçilən vasitələr bir ölkənin
mərkəzi hakimiyyətinin zəifliyi fonunda ondan daha çox uzaqlaşan
şərqi subyektlərin daha da sərtləşməsi ilə müşaiyyət olunur və neft
kotirovkaları ilə tanklar daha ucuz yanacaq əldə edib əzmlə
irəliləyirlər. Müharibələr birjalarla idarə olunanda dəyişən iki
statsitika olur: biri neftin qiyməti, o biri isə sayı 8 minə çatan
məzarlar, 10 minlərlə yaralılar, milyardlarla humanitar itkilər,
texnika qəbiristanlığı və sair.
Ona görə Azərbaycan iki stulda oturmayıb, öz mənafelərinin qəbul
olunmasının peşindədir. Kiminsə arasındakı nifaqdan faydalanmaq
siyasəti ilə işimiz yox. Halbuki Azərbaycanı Ukraynanın kiçik
qardaşı statusunda görənlər və bizə xarici siyasət kursu keçənlər
indinin özündə də səsvermədə neytrallıq nümayiş etdirən erməniləri
az qala bizə örnək kimi təqdim edirlər. Sual olunur, doğrudanmı,
Ukrayna təcavüzkar bir ölkənin səsinə ehtiyac duyur və belə
"müstəqil" davranışla işğalçı ölkənin adının üstündən qara ləkəni
silib atmağa hazırdılar? Bəs prinsiplərin və hüququn davası necə
oldu?
Rusların sağoluna can atan dövlətlərlə - Vyetnamla, Venesuela
ilə, Nikaraqua ilə Azərbaycanı yanaşı qoyub ölkəmizi az qala
ümumavropa nizamını pozmaqda günahlandıranlar, Ermənistanın Krım
səsverməsinə verdiyi rəsmi alqışı cəzalandırmaq əvəzinə bu
yaxınlarda Avropa Birliyi xəttilə ona 77.5 milyon dollarlıq yardım
etdilər. Budur, separatizmi müdafiə edənlərin mükafatlandılması
mərasimi. Nədən səfir Mişenko onları belə ucuz satan Qərbi
suçlamağı onda özünə rəva görməmişdi?
Əslində vahid sovet keçmişinə bağlı olan ölkələrin hamısını
Rusiyadan ayrılmaq tələbi qarşısında qoyanlar Ukraynanı da
faciələri ilə baş-başa buraxacaqlar. Lakin onda çox gec olacaq. Öz
iradəsi altında idarə olunmayan dövlətlərin hamısını ukraynalaşmaq
taleyi gözləyir. Çünki Moskva Poroşenko komandasını iqtidardan
devirənə qədər hərbi əməliyyatları davam etdirəcək. Bir azdan
Novorossiya adalanan məkanda məğlubiyyətə uğramış antiterror
əməliyyatçıları götürdükləri silahı Maydan hökumətinə qarşı
çevirəcəklər. Çünki hər ölkənin öz Surət Hüseynovları var.
Ukrayna 1992-ci ilin Azərbaycanıdır. Yalnız bir fərqlə - ərazi
və əhali sayına uyğun faciələri bizdən qat-qat böyükdür.
Təəssüf ki, Ukraynanın yeni tarixi qanla yazılır. Ona görə
Qarabağı Krımdan sonra tanımış bir diplomatın qəzəb hislərini
boğaraq məruz qaldığı "senzuranı" dövlətinin xeyrinə işlədiyini
bilməsi lazımdır. Axı Azərbaycan xalqı müharibəni keçmiş bir millət
kimi hamısı az qala səfirə çevriliblər.
Diplomat isə susmazdan əvvəl ən azı iki dəfə düşünən şəxsə
deyilir!