Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Avqust 2020


Bakıya soxulmuş erməni “quşu”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü sülh göyərçini kimi təqdim edən daha bir nəfər Xocalı soyqırımında ermənilərin əli olmadığını iddia etməyə cəhd göstərib.

Açığı, bir insan illərlə əlləşib-vuruşsa, yenə də bu qədər vicdansız ola bilməz.

Təsəvvür edin, Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sərkisyan özü deyib ki, Xocalıda etnik təmizləmə olub, azərbaycanlı mülki əhalini qırmışıq. Xocalıda qətliam törətmiş erməni terrorçu həyata keçirdikləri işgəncə faktlarını rəsmən təsdiqləyib.

Bax, ermənilər özləri də etiraf edirsə, sən niyə malalamağa cəhd göstərirsən? Ermənilərin etirafından sonra çərənləmək nəyə lazım?!

Nəyə lazım olduğunu deyə bilmərəm, amma bunun kimə lazım olduğu aydındır – separatçılara.

Özünü azərbaycanlı kimi təqdim edən bu şəxsin separatçıların əlaltısı olduğu aşkardır.

Statusunda yazıb ki, “əsrlərlə bir-biri ilə dostcasına yaşamış, evlənib qaynayıb-qarışmış azərbaycanlılar və ermənilər 30 ilin içində düşmən olublar”.

Əsrlərlə???

Yerə girsin belə dostca yaşamağı. Ermənilər 2 əsrdir Azərbaycana hücumlar edir, qırğınlar törədir: çox uzağa getməyək, 1905, 1914, 1918, 1948-53-cü illərdə yüzminlərlə azərbaycanlı qətlə yetirilib. Bunları unutmuşuq, nəticədə də 1992-ci ilin Xocalısı baş verib.

Belə separatçıların, ermənipərəstlərin düşük bir arqumenti də var – böyük güclər ermənilərdən istifadə edərək, iki xalq arasına düşmən toxumları səpir.

İndi nə edək? Oturaq gözləyək ki, ermənilər kiminsə əlaltısı olmağı nə vaxt tərgidəcəklər? Bu nə düşük və bambılı təfəkkürdür?

Tutaq ki, qapı qonşun binanın komendantının istəyi ilə gəlib sənin ananı zorlasa, bacının qarnından körpəsini çıxarsa, qardaşlarının bədənini qızdırılmış xaçla damğalasa, özünə də min cür işgəncə versə, nə deyəcəksən? Gedib polisə şikayət etməyəcəksən və ya ona cavab verməyəcəksən?

“Əşşi, komendant öyrədib də, qonşumun günahı yoxdur ki!” deyəcəksən?!

Fakt budur: ermənilərin etdiyi vəhşiliklər təsəvvürəgəlməzdir və heç bir insan bunu etməzdi.

Erməni rəsmiləri, hərbçiləri Xocalı soyqırımını törətdiklərini etiraf ediblər! Başqa şərhə ehtiyac yoxdur!

Lap soyqırımı bir kənara qoyaq. Bəs əsirlər? Axı oradakı əsirlərimizə ağlasığmaz işgəncələr verilib. Bu dəhşəti danmaq olarmı?

Açığı, Azərbaycanın təhlükəsizlik orqanlarının belə məsələlərə barmaqarası yanaşdığını düşünürəm. Belə separatçı insanların sosial şəbəkə hesablarını blok etmək onlar üçün çox asandır. Bəs niyə tədbir görülmür? Belə adamların fikirlərini erməni sosial şəbəkə səhifələri, saytları xarici dildə tirajlayıb özlərini təmizə çıxarırlar axı.

Təbii, ömür boyu ermənilərlə düşmənçilik şəraitində yaşaya bilmərik. Sülh mütləq olmalıdır. Amma hamı bilsin ki, ermənilərlə sülh yalnız işğal edilmiş torpaqlar qaytarıldıqdan sonra mümkün ola bilər.

Tarix
2020.02.27 / 22:56
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Şəhid olan generalımız haqda şok faktlar - Foto

Bu məmurumuzu dünyaya erməni kimi təqdim edək!

Azərbaycanda daha bir “virus” yayılıb...

Maskalar düşür: Qərb cəbhəsində nələr yaşanır?

Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

Markaryanın Bakıdakı qohumları kimdir?

Rəsulzadə Paşinyanı ölümdən necə xilas etdi?

Görkəmli alim vəfat etdi

Murdar olayda Bəşirin adı…

Dosentimizin Şekspirdən "müdrik" sitatı...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla