Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
2 İyun 2020


Bakıda “əldən istifadə” qadağan edildi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Zaur Paşayevin liftin düyməsini ayağı ilə basması görüntüsü yayılıb.

Açığı, bununla bağlı videoya baxanda təəccübləndim. Dedim, elə mötəbər postda qərar tutmuş adam niyə belə hərəkət eləsin axı! Sonra öyrəndim ki, sən demə, koronavirusa görə ölkədə əldən istifadə qadağan edilibmiş. Tez ayağımı atdım telefona, zəng elədim dostuma ki, bəs belə bir qadağa var, nə edəcəyik? O da qayıtdı ki, vallah bilmirəm, hazırda ayağımda işim var, sonra sənə zəng edəcəm.

İndi oturub qara-qara düşünürəm. Amma bir tərəfdən də bunu zəruri hesab edirəm. Axı, müasir insanın ilk əcdadları ayaqlarından yaxşı istifadə ediblər, bizim onlardan nəyimiz əskikdir?!

Təlimata əməl etmək lazımdır. Bir ölkənin nüfuzlu qurumunun rəsmisi lifti ayaqla açırsa, deməli, bir bildiyi var da. Ona görə də xalq olaraq ayağımızı inkişaf etdirməli, hətta hər ikisini amputasiya etdirib, çiynimizə tikdirməliyik. Həyatdan ikiayaqlı yapışmaq üçün bunu etməliyik.

Koronavirus dövrüdür, təmizliyə riayət eləmək lazımdır. Əgər BP əməkdaşı lifti ayağı ilə açmasaydı, indiyə hamımız əlimizdən istifadə edib, koronaya yoluxmuşduq.

Həqiqətən, o, bu hərəkəti ilə uşaqlara da çox gözəl nümunə oldu. Çox güman ki, onun ayaqqabısının altında koronavirus olub. Ona görə də ehtiyatlı olmalıdır. Birdən qonşularından kimsə o liftin düyməsini əli ilə basıb virusa yoluxar, sonra bu virusu Zaur bəyə də keçirər. İraq olsun!

Təklifim budur ki, Bakı Ayaq Universiteti təsis edilsin və dəyərli Zaur bəy də ora rektor təyin olunsun. İnanın, təhsilimiz dünyaya əməlli-başlı ayaq açar!

Bayaqdan, doğrusu, bu vaxta qədər əlimdən istifadə etdiyimə görə elə xəcalət çəkirəm ki! Çox peşmanam. Uşaq olmuşam, bilməmişəm. Mən bir də qələt edərəm, başımı başa döyərəm əlimi nəyəsə vuraram!

Yeri gəlmişkən, elə bu yazını da indicə ayağımla yazdım...

Tarix
2020.04.01 / 23:55
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

Markaryanın Bakıdakı qohumları kimdir?

Rəsulzadə Paşinyanı ölümdən necə xilas etdi?

Görkəmli alim vəfat etdi

Murdar olayda Bəşirin adı…

Dosentimizin Şekspirdən "müdrik" sitatı...

İrandan əl çəkin, qoyun yerə, bəsdir!

Stalin “bakılı kral”ı niyə oğurlatdırmışdı? – Faktlar

Azərbaycanda yayılan ən təhlükəli xəstəlik

Dünyanı yeni “epidemiya” bürüdü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla