Yuxarı

İrandan əl çəkin, qoyun yerə, bəsdir!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın əsl mahiyyəti çətinə düşəndə üzə çıxır. Bəzi dövlətlər də belədir.

Məsələn, çox uzağa getməyək, elə götürək İranı...

Yox, artıq kifayətdir, İranı götürməyək, yerə qoyaq, əl çəkək bu İran sevdasından. Bu ölkə bizə dost olmadı heç vaxt.

Bugünlərdə işğal altındakı Qarabağa TIR-larla məhsul göndərməklə bunu bir daha sübut etdi (İran bunu təkzib etdi, amma video ortadadır...)

Mənim nəzərimdə bu adi TIR-lar deyil, Qarabağın işğalını möhkəmləndirən ordudur. O Qarabağ ki, 50 milyon müsəlman azərbaycanlının yaralı yeridir. O Qarabağ ki, ermənilər orada müsəlman qızları, uşaqları, qocaları əxlaqsızlıqla qətlə yetiriblər.

Bu faktlara baxandan sonra hələ də bəzi mollabaşlarımız İranı “islamın dayağı” adlandırırsa, demək, bu xalqa, dövlətə nifrət edir.

Xatırlayırsınızsa, İran Prezidenti Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmişdi. Demişdi ki, Azərbaycan qədim İran torpağıdır. O İran ki, min il biz türklər idarə eləmişik. Bəs, İranın Ali dini liderinin “Qarabağ islam torpağıdır” deməsi nədir? Əlbəttə, islam torpağı deyəndə Azərbaycanı yox, İranı nəzərdə tutub.

Bəzi vətəndaşlarımız hələ də başa düşmürlər ki, Azərbaycan çətin regionda qərarlaşıb. Azərbaycana qarşı bir yox, bir neçə qonşumuzun ərazi iddiaları var. Təəssüf ki, bu gün ölkəmizi İranın tərkibində görmək istəyənlər var. Amma xatırlayın, 90-cı illərdə Azərbaycan parçalanmaq üzrə idi: İran nə etdi? Qarabağda müsəlman qardaşlarının köməyinə gəldimi?

Yox!

Bəs Rusiya nə etdi? Qarabağda xristian qardaşlarının (ermənilərin) köməyinə yetdimi?

Bəli!

Martın 31-i Qarabağda qondarma seçki keçirildi, dünyanın əksər xristian ölkələri “seçkiləri” tanımırıq” dedi. Bəs aldı görək İran nə söylədi? Dedi, iki qonşumuzu sülhə dəvət edirik. Yəni “tanımırıq” demədi.

Demək, İran qondarma seçkini “tanımağa" meyillidir.

Başqa bir məsələ: Türklərə qarşı daim qətliam törədən ermənilər növbəti dəfə həyasızlıq edərək Türkiyədən yardım istədilər. Rəsmi Ankara dedi ki, heç bir yardımdan söhbət gedə bilməz.

Baxın, dost, qardaş belə olur! Biz Türkiyəyə boş yerə qardaş demirik.

Bir müqayisə aparım: Azərbaycan bir qədər əvvəl koronavirusa görə çətin vəziyyətdə olan İrana 5 milyon dollarlıq yardım etdi. Baxmayaraq ki, özümüzün də pula ciddi ehtiyacımız var – iş yerləri bağlanıb, işsizlik artıb...

Bəs Ermənistan İranla bağlı hansı addımı atdı? Korona İranda yayılan kimi sərhədləri bağladı. Yəni İranı ilk satan Ermənistan oldu. Azərbaycanı ilk fürsətdəcə satan kimdir?

Məncə, İranla Ermənistan yaxşı tapışıblar.

Tarix
2020.04.13 / 21:38
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla