Avropada xeyli vəkil
büroları 3-cü ölkələrdən "təqibdən qurtularaq" Avropaya qaçmış
şəxslər üçün siyasi sığınacaqların təşkili xidmətini göstərirlər.
Bu işlə məşğul olanların sırasına son dövrlərdə bəzi Avropa
QHT-ləri də qatılıblar.
Bu biznes sahəsi xeyli gəlir gətirir. Təbii, bu biznesin
həcmini, qaçaq silah, narkotik və insan alverindən gələn gəlirlərlə
müqaisə etmək olmaz. Dövriyyə hələ o həddə çatmayıb. Amma bu
biznesin çiçəklənmə dövrüdür.
Əgər vəkil xidməti yalnız müştəridən aldığı xidmət haqqı ilə
kifayətlənirsə, QHT-lər bəzi dövlət və özəl fondlardan ciddi vəsit
cəlb edə bilirlər. Ona görə rəqabətdə QHT-lərin üstünlüyü aşkar
görünməkdədir. Hazırda bir qrup QHT Avropada Azərbaycan üçün
alternativ "vətəndaş cəmiyyəti" formalaşdırır. Azərbaycanda
tanınmayan və heç vaxt insan hüquqları ilə bağlı ciddi fəaliyyəti
olmayan, həmçinin QHT-yə məqsədli şəkildə gələn (varlanmaq və
Avropada yaşamaq məqsədi) bir qrup artıq formalaşıb və istifadə
olunmaqdadırlar. Ən pisi də budur ki, bu qrupa daxli olanları həm
də erməni lobbisi öz maraqlarına xidmət etmək üçün cəlb edə
bilib.
Siyasi mühacir statusu almaq mexanizmləri və yolları o qədər də
mürəkkəb deyil.
Avropaya, xüsusən də Qərbi Avropaya köçərək orada yaşamaq
istəyənlərin əksəriyyəti süni surətdə təqib olunmaları ilə bağlı
sənədlər və faktlar toplayırlar. Siyasi sığınacaq almaq üçün
səndələrin və faktların toplanması külli miqdarda vəsit tələb edir
(30.000-40.000 avro). Belə vəsitə malik olmayanlar müxtəlif ictimai
və ya siyasi hərəkatlara qoşularaq sonradan qəsdən cinayət əməli və
ya çoxsaylı inzibati xətalar törədirlər. Cəza aldıqdan sonra
müxtəlif prosedurlardan istifadə edərək (o cümlədən əvf üçün
müraciət) 6-8 ay ərzində azadlığa çıxırlar.
Digər hallar üçün hazır strukturlar vardır. Müxalifət
partiyalarının birindən ödənişli əsaslarla partiyanın üzvü (ödəniş
çox olduqda rəhbər orqanlarda olması barədə də arayış verilə bilər)
olmağa dair arayış, insan hüquqlarını müdafiə edən və Avropada
yaxşı tanınan bir təşkilat rəhbərindən (insan hüquqları
müdafiəçisindən) ödənişlə onun təqib olunması barədə sənəd (əgər
"təqibin" dini əqidəsi ilə bağlı olduğunu sübut etmək istəyirsə,
onda dini təşkilata bağlı olması barədə arayış) almaq əsas
işlərdəndir. Sonrakı mərhələdə mitinqlərin birində iştirak, orda
video və foto çəkilişlər (polisin onu saxlamasını əks etdirən
fotolar da vacibdir), xəbər saytlarının birində onun təqib olunması
ilə (məsələn, gecə evə gedəndə iki nəfər saxlayıb və hədələyib)
bağlı yazı və s. Prosesin sürətlənməsi üçün kütləvi tədbir zamanı
inzibati xəta törədib 15 sutkayadək inzibati həbs almaq və ya
inzibati cərimə olunmaq kimi üsullardan da istifadə edilir.
İnzibati həbsdə olan şəxs vəkili vasitəsi ilə mətbuata işgəncəyə
məruz qalması barədə yazı ötürür və ya xəstə olduğu halda ona tibbi
yardım edilməməsi barədə məlumat yayır.
Avropda sığınacaq aldıqdan bir müddət sonra onların bir çoxu
"loyallaşır". Vətən üçün darıxırlar. Sonra da "təqibdən qurtularaq"
Avropaya qaçdıqları sanki yaddan çıxır. Bunun üçün bəzi KİV-lərdə
vətənpərvər yazılar da vermək olur.
Təsadüfi deyidir ki, Avropada siyasi mühacir kimi sığınacaq
alanlardan əksəriyyəti məzuniyyətlərini Azərbaycanda keçirirlər.
Onlar ölkəyə asanlıqala gəlib gedə bilirlər. Bu mühacirlərdən bir
qismi vaxtaşırı Azərbaycana gəlir, hətta rəsmi şəxslərlə görüşlər
də keçirir. Əslində, siyasi mühacirətin təşkili üzrə Avropada və
Azərbaycanda müştərək işləyən təsisatlar da vardır. Onlar ödəniş
müqabilində belə mühacirət üçün xidmətlər təşkil edirlər. Heç vaxt
siyasi proseslərdə olmayan şəxslər mühacirətə getmək üçün bəzi
sənədlər toplamalıdır.
Qeyd etdiyim kimi, siyasi mühacir biznesinə Avropada fəaliyyət
göstərən bir sıra qeyri-hökumət təşkilatları da cəlb olunmuşdur.
People in need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç
Helsinki Fondu və s. təşkilatlar mühacirlərin yerləşdirilməsi,
saxlanılması və digər təminatları üçün iri həcmli qrantlar
alarlar.
Son dövrlərdə bəzi QHT rəhbərləri Avropada sığınacaq almaq üçün
yuxarıda adları çəkilən təşkilatların xidmətlərindən yararlanırlar.
Məsələn, bank hesabları müvəqqəti dondurulan QHT-lərin
rəhbərlərinin əksəriyyət hissəsi ölkədədir və onları heç bir təqib
gözləmir. Əksinə, onlar yeni hesablar açaraq qrantlar alırlar
(əsasən də hökumətdən). Lakin bu fürsətdən yararlanan bir neçə QHT
rəhbəri Praqada və s. Avropa şəhərlərində yerləşdirilmişlər.
Digır hissə isə hələ "loyallaşmayıb". Onlar hələ istifadə üçün
yararlıdırlar. Yaralılıq müddətləri bitəndən sonra (bir qayda
olaraq intellektual resursları zəif olan adamlar olduğu üçün çox da
uzunmüdddətli istifadəyə yararlı sayılmırlar) onlarda da "vətən
həsrəti" baş qaldıracaq.