Yuxarı

Ən böyük təhlükə ac adamdır!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən böyük təhlükə ac adamdır!

BRİTANİYA QOLODOMORU

"Aclıq təkcə üçüncü dünya ölkələrinin problem deyil".

Bu sözlər böyük imperiya keçmişinə malik Britaniyanın ərzaq banklarının qarşısında asılmış fəaliyyət devizidir. Dünyanın əsas siyasi mərkəzlərindən biri olan ingilis dövləti İkinci Cahan Savaşından sonra yaşanan sosial böhranı tez bir zamanda öz dominionları hesabına aradan qaldırmasına baxmayaraq, onun 21-ci əsrdə də yoxsulluq şəratində yaşayan xeyli əhali kütləsi var.

Bu gün Qərb mediasında 27 anqlikan yepiskopunun Baş nazir Devid Kemeron əleyhinə protest müraciəti yayımlanıb. Hökumətin hər zaman yaxından ilgi göstərdiyi din xadimlərinin kəskin narazılığına səbəb kasıblıq, onun nəticəsində yaranan natamam qidalanma və aclığın doğurduğu ölüm hallarının artmasıdır. İnanclı insanlar ölkədəki vəziyyəti "milli böhran" kimi xarakterizə etmişlər. Son illərin büdcə ixtisarları fonunda çəkilmiş kəmərlər artıq "yol verilən həddi" keçmişdir.

Yepiskoplar Kemeronu sosial xidmət sistemini deqradasiyaya uğratmaqda və əhalinin çəkili bir hissəsini həyatın sərt imtahanları ilə üz-üzə qoymaqda ittiham edirlər. Müxtəlif xeyriyyə təşkilatlarından və ərzaq yardımı üzrə mərkəzlərdən gündəlik qidalanma üçün kömək istəyənlərin sayı yarım milyondan çox olub. Aydınlıq üçün qeyd edək ki, əslində, hamının başa düşdüyü küçə və meydanlarda sədəqə diləməyin daha sivil forması olan ərzaq bankları könüllü ianələr və vətəndaşların natural şəklindəki bağışlamalarından formalaşır. Razılaşaq ki, daha humanist bir ehtiyac qarşılama institutunu yaratmaq hələ ki, insanlığın ağlına gəlməyib.

Belə mənzərəni çəkib göstərmək Hitler Almaniyasında, yaxud elə postmüharibə illərində ağır məşəqqətlərdən keçən Sovet adamlarının məhdud qidalanma və talonla idarəçilik dönəmini xatırladır. Fərq yalnız ondadır ki, birincilərdə tiraniya və diktatura hakimiyyətdə idi, bugünkü ingilis aləmində isə səalhiyyət mücrüsü demokratların əlindədir.

Dili dualı din adamlarının məktubunda daha sonra deyilir: 5.500 halda insanların məhz yetərsiz qidalanmaya görə hospital yardıma ehtiyacı olub, 20 faizdən artıq qadın məcburi qaydada özünü şüurlu dietaya məruz qoyub ki, övladları korluq çəkməsinlər. İnkişaf etmiş bir ölkə üçün bunlar yolverilməz haldır! Düz söz kəsici bıçaq kimidir. Faktlar həmişə amansız olur.

Britaniyanın iqtisadi tənəzzülündən danışmaq yersiz olsa da, təbəqələşmənin ən yüksək sosial nümunəsini ortaya qoyan bir dövlətdə son illərin böhranı əhalinin müxtəlif qrupları arasındakı bərabərsizliyi daha da dərinləşdirib. Ölkənin xarici borcu Amerikadan sonrakı yeri tutaraq rekord həddə - 10 trilyon dollara çatıb ki, bu da ÜDM-i 450 faiz üstələyir. Büdcə kəsirinin kəskin artması, konkret desək, 42 milyard dollarlıq qara deşik halında təkcə bank sektoru ilə bağlı bir çox proqramlar icra olunmadığı üçün 120 mindən artıq iş yeri ixtisar olunub və mənfi tendensiya davam etməkdədir. Ölkə maliyyə mərkəzi funksiyasını itirib.

Bu gün kasıblıq həddində yaşayanların sayı 5 milyondan çoxdur və onlar orta ümumölkə göstəricisindən az maaş alırlar ki, bu da təkcə ənənəvi Şimali İrlandiya və Uels kimi kənarlarda deyil, eləcə də paytaxt Londonda özünü qabarıq göstərir. Mərkəzdə kasıbların sayı 570 mindən çoxdur.

"Daily Mail" qəzeti aclıq və tibbi xidmətin əlçatmazlığı fonunda 1200-dən artıq pasientin öldüyünü xəbər verir. Belədə ailə institutu da böyük zərbə almadan keçinə bilməyib.

İstənilən azyaşlı xuliqan qanunları yaxşı bilərək valideynləri əleyhinə Pavlik Morozçuluğa hazırdılar. Üzə dirənən və himayəçələrini hüquq mühafizə orqanlarına verən yeniyetmələrın sayı ölçüyəgəlməzdir. Yaşı 16-ya çatmış belə uşaqların ayıqlıq göstəricisi onların dumanlı bir gələcəyə getdiklərindən xəbər verir. Statistikaya görə, 27 faiz britaniyalı gündəlik qeyri-ayıq vəziyyətə sahibdirsə, bu rəqəm almanlar üçün 12, italyanlar üçün 5-dir.

Erkən hamiləliklə bərabər, artan eynicinsli nikahlar isə əsil klassik ailə modelini tədricən sıradan çıxarır. Parlamentin məcburi qanunlaşma qərarından sonra Dini Qurumlar da Allah evində - kilsələrdə rəsmi izdivac törənlərinə razılıq verirlər. Ölkə əhalisinin tam yarısı bu mübahisəli məsələyə birmənalı müsbət cavab veriblər. "Mavi Avropa" məfhumu publisistik-siyasi antitəbliğat yarlığı olmadığını hər gün daha çox təsdiqləyir.

Əvəzində Britaniya min ən varlı şəxsin varidat göstəricisində öncül yerləri tutur. Onların cəm halında birgə sərvətləri 600 milyard dollar yaxındır. "Sundy Times" yazır ki, onların içində ən mötədili Kraliça 2-ci Yelizavetadır. Hərçənd digər mənbələr daha yüksək rəqəmləri açıqlasalar da, ingilis nəşrinin iddiasına görə, şahzadə yarım milyard dollara yaxın imkanla yalnız 262-ci yeri tutur. Birincilər isə on milyard funt-sterlinqlik bir kapitalın sahibidirlər.

Dövlətin rolunu azaldıb liberal iqtisadiyyat fəlsəfəsi ilə yaşayan cəmiyyətlər Leninin proletar nəzəriyyəsindən qat-qat üstün olsa da, heç bir quruluş aclığa son qoya bilmir. Ən yaxşı idarəetmə isə həm qurdların tox olduğu, həm də quzuların razı qaldığı cəmiyyətdir! Çünki dünyada ac adamdan böyük təhlükə yoxdur! Mədələrin üsyanı bütün inqilablardan daha dəhşətli olur!

Tarix
2014.02.21 / 02:35
Müəllif
Zahid Oruc
Digər xəbərlər

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla