Bu gün Azərbaycan Respublikasının Konstitusiya
Günüdür.
1918-1920-ci illərdə mövcud olmuş ilk demokratik cümhuriyyətimiz
- Azərbaycan Xalq Cümhuriyyəti dövlət qanununu qəbul etməyə nail
ola bilmədi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya
tarixi Sovet dövrünə təsadüf edir. Azərbaycanın birinci
Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər
Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyası 1921-ci
ildə Rusiya Konstitusiyasına uyğunlaşdırılıb, 1925-ci il martın
14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra
respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə
etibarilə 1927 və 1937ci ildə yeni Konstitusiyaların qəbulunu
zəruri edib. Sovet dönəmində sonuncu – 4-cü Konstitusiya 1978-ci
ildə səsverməyə çıxarılıb.
Müstəqil dövlətimizin Konstitusiyası
Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqilliyin Bərpası
Haqqında Konstitusiya Aktını qəbul etsə də, yalnız 1995-ci il
noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olunub, noyabrın 27-dən qüvvəyə minib.
Azərbaycan Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən
ibarətdir. 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də
keçirilən referendumlarda Konstitusiyaya əlavə və dəyişikliklər
edilib.