Yuxarı

Erməni qadının incə fırıldaqları

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şaxta baba"

Tofiq Mamedovla dələduzlar haqqında söhbəti davam etdiririk. Demə, Rusiyada dələduzluq maşın sürmək kimi əsil universal sənətdir, qadın-kişi bilinmir. Hətta bu sahədə ixtisaslaşan qadınların sayı kişiləri üstələyir. Çünki zərif cinsin incə nümayəndələri kişilərin cibinə gedən yolun qəlbindən keçdiyini bilir və məharətlə kişilərin qəlbinə hakim kəsilir. Qalanı isə vaxt məsələsidir…

90-nın əvvəllərində Podolskdan olan müəllimə Alla Pustovanın əhvalatı bütün Moskva vilayətinə səs salmışdı. Podolsk Moskvadan cənubda, maşınla bir saatlıq yolda olan kiçik və sakit şəhərdir, Moskva çayının qollarının birinin üstündə yerləşir. Alla Pustova da burda orta məktəblərin birində ingilis dilindən dərs deyirdi. Atası yəhudi, anası erməni olan bu qadın ingilis və fransız dillərini təmiz bilirdi və bundan məharətlə istifadə edirdi. Gənc olsa da, adi maaşla dolanan müəllimə deyildi, repititorluq, hətta alverçilik edirdi, imkanlı adamların uşaqlarına xarici dil öyrədirdi. Bir sözlə, hələ sovet dövründə dolanmağın yolunu tapmışdı, xarici maşını, şəxsi mənzili vardı, valideyinlərindən ayrı yaşayırdı. Alla kimi xanımlar sovet dövründə mağazalardan pal-paltar almırdılar, yalnız "privoznoy" və yalnız "firmenni" geyinirdilər. Yəni onların xaricdən mal gətirən alverçiləri olurdu. Allanın da Moskvada bir neçə belə alverçi tanışı vardı. Onlardan həm şəxsi istifadəyə, həm də alver etməyə mal götürürdü. 90-nın əvvəllərində alverçilərdə sovet pulu həddindən artıq toplanmışdı, valyuta çatışmırdı və pulun batması qorxusu vardı. Alla da alverçi dostlarına məsləhət verir ki, pulu qızıla, qızıl zəncirlərə verin, qızıl batan şey deyil. Özü də onlara "zavoddan götürmək" adı ilə, yarı qiymətinə istənilən qədər "mal" tapmağa söz verir. Həmin dövrdə qızıl zəncirlərin sürətlə dəbə minməyi və alverçilərin məlum acgözlüyü səbəbindən xanım Pustovanın biznesi yağ kimi gedir.

"Qara bazar"da olan əlaqələri ona həmin dövrdə qızıl-zinət əşyaları kimi defisit malları, həm də böyük miqdarda tapmağa imkan verir.

Beləliklə, Podolskdan olan müəllimə Moskva alverçilərinə bir neçə kiloqram çəkidə qızıl zəncir satır və külli miqdarda pul qazanır. Qazandıqlarını isə birə beş nisbətində olsa da, valyutaya verir və dərhal aradan çıxır. Qızıl alan alverçilər bir də ayılırlar ki, zəncirlər "saxta"dır. Yəni onların probu aşağıymış, ancaq plomb vurulan həlqəsi yuxarı plomblu qızıldan olur. Odur ki, üstünə yüksək probun göstəricisi yazılır. Söhbət yüz minlərlə puldan getdiyindən alverçilər hay-küy salır, hüquq-mühafizə orqanlarında olan əlaqələrini işə salırlar. Alla Pustova yoxa çıxdığından onun valideyinlərini axtarırlar. Məlum olur ki, Allanın atası yəhudi mənşəli olduğundan Pustovlar artıq bir neçə ildir ki, mənzili satıb, İsrailə mühacirət ediblər. Allanın o zaman onlarla gedib-getməməsi isə hələ də məlum deyil.

Hadisənin üstündən bir neçə il keçir və Pustova 1997-ci ildə Ramenskdə peyda olur. Ramensk Podolskdan yarım saatlıq məsafədə yerləşsə də, burda bizim "gözəlçə"ni heç kim tanımır. Alla burda kirayədə qalır və özünü müəllimə kimi yox, "Şaxta baba" xeyriyyə fondunun səlahiyyətli nümayəndəsi kimi təqdim edir. Şəhəri yaxşı tanıdığından və fondun hüquqi sənədləri qaydasında olduğundan, növbəti planlarını həyata keçirməkdə heç bir çətinlik çəkmir. Tez-tez bahalı kafelərə baş çəkir və burda savadlı kişilərlə - müəllim və həkimlərlə tanış olur. Artıq dördüncü onilliyi yarı eləməkdə olsa da, gözəl geyinmiş "gözəlçə" çoxlarını diqqətini cəlb edir. Yəhudi tədbirliyi ilə erməni fəndgirliyinin vəhdəti olan hiyləgərlik ona hər cür dona girməyə imkan verir. Xarici dillərdə təmiz danışmağı, geniş dünyagörüşü, mədəni davranışı isə insanlarda qeyri-adi inam yaradır. Və xanım Pustova tam sərbəst işə başlayır.

Həmin dövrdə kompüterlər təzə yayılırdı, hamıda yox idi və çox baha idi. Alla da tanış olduğu kişilərə yarı qiymətinə kompüter təklif edir, deyir ki, pulun yarısını təmsil etdiyi fond ödəyəcək. Gözaltı etdiyi kişilərin bir-ikisini şəhərin elit mağazalarına aparır və onlara yarı qiymətə kompüter alır. Pulun yarısını isə, təbii ki, "Şaxta baba" yox, Alla Pustova ödəyir. Qeyd etmək lazımdır ki, bizim qəhrəman hədiyyə verdiyi kişilərlə özünü əxlaqlı qadın kimi aparır, qonaq aparmır və qonaq getmir, tanışlarına ancaq fondun telefon nömrəsini verir. "Şaxta baba"nın hədiyyəsindən sonra Pustovanın kirədə qaldığı mənzilin telefonu saysız zənglərdən partlamaq dərəcəsinə gəlir. Az qala bütün Ramensk "Şaxta baba"ya zəng edir və yarı qiymətinə kompüter istəyir. Alla Pustovaya da bütün günü telefonda oturmaq və axşam çıxıb pulları yığmaq qalır. Beləliklə, müəllimə 30-40 kişini aldadır və on minlərlə pul yığır. Tələsənlərə, zəng edənlərə isə deyir ki, müştərilər çoxdur, ona görə də fond sifarişləri cəmləmək və kompüterləri topdan almaq istəyir. Həm də belə daha ucuz başa gəlir. Və günlərin bir günü telefon cavab vermir, kompüter azarkeşləri isə səbrlə gözləyir...

Bir-iki həftədən sonra xanım Pustova Moskvanın şimalında Mıtişi şəhərində peyda olur. Moskva çayının üzərində yerləşən bu şəhərdə hələ sovet dövründən imkanlı adamlar yaşayıb və indi də bu ənənə davam edir. Alla xanım da bu şəhərin miqyasına və səviyyəsinə uyğun hərəkət edir. Bu dəfə metodika dəyişməsə də, miqyaslar dəyişir. Artıq onu savadlı yox, "bahalı" kişilər maraqlandırır, odur ki, təhsil, səhiyyə sistemlərinə yox, alver, biznes təbəqəsinə yan alır. Gözəl xarici görünüşü, xarici dillərdə təmiz danışmağı, sənədlərinin qaydalı, təkliflərinin faydalı olmağı, bir sözlə, maraqlı qadın və maraqlı təklif çoxlarını yoldan çıxarır. İnsaf xatirinə deyək ki, kim olsa başını itirər, zarafat deyil, hansısa xeyriyyə fondu sizə yarı qiymətinə, yağın içində "Mitsubişi" təklif edir. Fondun nümayəndəsi xanım Pustova potensial müştərilərlə birlikdə avtomobil salonlarını gəzir, maşının formasını və rəngini seçməkdə alıcılara kömək edir, onların yanında salonun menecerləri ilə, hətta xarici dildə söhbət edir, fondun şərtlərini deyir. Amma "Mitsubişi" kompüter deyil və Alla heç kimə əvvəlcədən "cip", ya "sedan" bağışlamaq istəmir. Səlahiyyətli nümayəndə, sadəcə olaraq, müştərilərlə fondun adından rəsmi müqavilə bağlayır, onlara "Şaxta baba"nın möhürlü qəbzlərini bağışlayır. Müştərilər də maşının qiymətinin 10 faizini əvvəlcədən, beh kimi ödəyir. Aradan bir ay keçir, müştərilər də təbii ki, öz maşınlarını görmək, hətta sürmək istəyir. Odur ki, fonda zəng edir, yerli-yersiz suallar verir, xanımı tələsdirir. Xanım da onlara səbr diləyir, deyir ki, müştərilər çoxdur, ona görə də fond sifarişləri cəmləmək və avtomobilləri topdan almaq istəyir. Həm də belə daha ucuz başa gəlir. Təbii ki, səbirsizlər, hətta pullarını geri istəyənlər də olur. Onların yadına müqavilədəki cərimə maddələri salınır, nəzakətlə məsləhət verilir ki, 30-40 faiz cərimə ödəməkdənsə, bir az gözləmək sərfəlidir. Ya məntiqi fikir onları razı salır, ya müştərilər əlacsız qalır, amma razılaşır. Və günlərin bir günü Mıtişidəki telefon da susur, müştərilərə isə yalnız səbrlə gözləmək qalır...

Bir neçə həftədən sonra xanım Pustova Tambov şəhərində peyda olur. Tambov artıq Moskvadan xeyli aralıdır, maşınla 5-6 saatlıq yoldur. Həyat səviyyəsi aşağı, kriminal səviyyəsi yuxarı olan əyalət şəhəri sayılır. Bu şəhərdə xanım Pustova obyekt kimi kafe və barları yox, təhsil müəssisələri seçir. "Şaxta baba" uşaq xeyriyyə fondunun səlahiyyətli nümayəndəsi kimi məktəb direktorları ilə görüşür və məlumat verir ki, mərkəzi ofisi Moskvada yerləşən fond əyalət məktəblilərinin yay tətilində istirahətini güzəştli şərtlərlə təşkil etmək niyyətindədir. "Artek", "Arlyonok" kimi məhşur uşaq istirahət mərkəzlərinə "putyovka"lar fond vasitəsilə alınır və yarı qiymətinə uşaqlara satılır. Bunun üçün uşaqların valideyinləri əvvəlcədən fondla müqavilə bağlamalı və pulun yarısını ödəməlidir. Bizim "qəhrəman" təbii ki, bir-iki həftəni boş keçirməmişdi, hətta Krıma getmiş, sözügedən uşaq istirahət mərkəzlərinə baş çəkmiş, onların şərtlərini, qiymətlərini aydınlaşdırmış, müqavilələr bağlamışdı. Əlində daşdan keçən sənədlər, möhürlü müqavilələr vardı. Tambovda isə qiymətli hədiyyələrlə və şirnikləşdirici vasitələrlə məktəb direktorlarını (Rusiyada çoxu qadındır) yoldan çıxarır və faktiki olaraq, onların şəxsində "Şaxta baba"nın Tambovdakı diler şəbəkəsini yaradır.

Bu dəfə Alla Pustova o qədər harınlaşır ki, ehtiyatı əldən buraxır. Valideyinləri hətta kirayə etdiyi mənzildə qəbul edir və onlarla müqavilə bağlayır. Amma su sənəyi suda sınar deyirlər. Alla Pustova da təsadüfən Tambov milisinin təcrübəli əməliyyat müvəkillərindən birinə lişir, yəni onun həyat yoldaşı ilə müqavilə imzalayır. Əməliyyatçı yəqin ki, peşəkarlıqdan doğan bir maraqla müqaviləni öyrənir, Tambov vilayəti üzrə kataloqda yoxlayır, amma bir şey tapa bilmir. "Şaxta baba" Moskvada qeydiyyatdan keçdiyindən əməliyyatçı öz əlaqələri ilə paytaxt milisinə müraciət edir. Bir neçə günə cavab gəlir. Doğrudur, Mıtişidə cərimənin qorxusundan hələ heç kim şikayət etməmişdi, amma Podolskun uğursuz kompüter azarkeşləri artıq milisin qapılarını qırmaqda idilər. Əməliyyat müvəkkili də məsələni rəhbərliyə məruzə edir və dərhal əməliyyat tədbirləri həyata keçirilir. Bizim əməliyyatçı və qadın əməkdaşların biri "müqavilə bağlamaq" adı ilə valideyin kimi Pustovanın yaşadığı mənzilə gəlir. Xanım Pustova bu dəfə mənzilindən milis əməkdaşlarının müşayəti ilə çıxır...

Hər ikimiz xeyli susuruq. Aydındır ki, bu hadisələr hər birimizin başına gələ bilərdi. Mamedov soruşur ki, bilirsən, Alla Pustovanın bu qədər insanı aldatmasının və uzun müddət məsuliyyətdən yayınmasının səbəbi nədir? Mənim dinmədiyimi görüb özü cavab verir. Deyir, bizdə sovet dövründən qalma sadəlövh bir yanaşma var, güman edirik ki, hamı, o cümlədən qədim peşənin sahibi olduğu kimi görünməlidir. Yəni fahişə küçədə dayanmalı, oğru ev yarmalı, dələduz isə gəlib bizdən borc pul istəməlidir. Biz də onu yaxşı tanımadığımızı bəhanə edib canımızı qurtarmalıyıq. Amma dələduz qəşəng, savadlı qadın libasında peyda olanda, ingilis dilində danışanda, bütün səndləri də yerində olanda, ən əsası da təklifləri sərfəli olanda, biz inanırıq və aldanırıq. Axı, yuxarıda dedim, dünya dəyişdikcə, inkişaf etdikcə, oğru və dələduzlar da dəyişir, inkişaf edir, daha inandırıcı, daha aldadıcı üsullardan istifadə edirlər. Ona görə biz də dəyişməliyik, daha ehtiyatlı, daha ağıllı olmalıyıq, yaxşı tanımadığımız insanlara etibar etməməliyik.

Tarix
2015.02.01 / 09:30
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla