Yuxarı

Kamal Abdulla müşavirə keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla müşavirə keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

DQİDK-nın məbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində görülən işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə bölgə şöbələrinin müdirləri dini durum, eləcə də görüləcək işlər barədə məlumat veriblər, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib.

Müşavirənin sonunda DQİDK-nın sədri M.Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha yüksək nəticələr əldə edilməsinə xidmət edəcək.

Tarix
2015.03.06 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla