Yuxarı

Məktəb direktoru qəza törətdi: ölü və yaralılar var - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəb direktoru qəza törətdi: ölü və yaralılar var - Video

19:17

Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Muğanlı kənd sakini Elvin Qurbanov idarə etdiyi VAZ-21011 markalı minik avtomobil rayonun Faldarı kənd sakininin idarə etdiyi "Mersedes C 200" markalı avtomobillə toqquşub.

Qəzadan sonra VAZ 21011 markalı avtomobildə olan sərnişin, sürücünün əmisi 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mersedes" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, Faldarı kənd sakini 50 yaşlı Natavan Rəsul qızı Yusifova və avtomobildə olan daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Zaqatalada qəza törədən sürücülərdən biri məktəb direktoru olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, "Mersedes" markalı avtomobili idarə edən Samir Yusifov şahmat məktəbinin direktoru imiş.

Qəza zamanı onun həyat yoldaşı da avtomobildə olub və ağır yaralanıb.

Tarix
2026.03.30 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla