Yuxarı

Bizdə nə baş verir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez özümdən soruşuram ki, görən, bizim ədəbi zövqümüz, önəm verdiyimiz mədəni-mənəvi dəyərlər indiki gəncliyə qeyri-ciddi, hətta gülməli görünmür ki?

Ziqmund Freyd deyirdi ki, insan ömrü boyu uşaqlıq təəssüratlarının təsiri altında olur. Etiraf edirəm ki, bir yazar kimi elə mənim də əksər məsələlərə və hadisələrə münasibətim uşaqlıq təcrübəmin əsasında formalaşıb. Məsələn, kitabları və mütaliəni çox sevirəm. Amma eyni zamanda düşünürəm, çətin ki, dünya ədəbiyyatında Maksim Qorki qədər kitabları sevdirən yazıçı tapılsın.

Yox, bunu çeynənmiş və bir az da urvatdan düşmüş "Kitab bilik mənbəyidir" sözlərinə görə demirəm. Onun məşhur trilogiyası vardı: "Uşaqlıq", "Özgə qapılarında" və "Mənim universitetlərim". Əgər məndə kitaba və mütaliəyə zərrə qədər də olsun məhəbbət varsa, buna görə həmin trilogiyaya borcluyam. Xüsusən də "Özgə qapılarında" sanki kitaba və mütaliəyə həsr olunmuş himndir!

Bu yaxınların söhbətidi. Şəhərdə gəzişirdim. Birdən gözüm kitab dükanına sataşdı. Dedim, bir baxım görüm nə satırlar.

Mağazaya girdim. Kiçik dükan idi, içəridə on-on beş gənc olardı. Onlar kitabları bir-bir götürür, ora-bura vərəqləyir və satıcıdan nəsə soruşurdular. Kənarda dayanıb gəncləri seyr edirdim. Gördüm ki, yox, gənclər kifayət qədər erudisiyalıdırlar. Bunu onların satıcıya verdiyi suallardan duydum.

Dükandan çıxıb yola düzəldim. Elə bil qanadlarım çıxmışdı, sanki uçurdum. O səbəbdən ki, gənclərdən müsbət impuls almışdım. Kefim kök idi. Sanki birinci dəfə görürdüm ki, az qala, hamının yazdığı məmləkətdə oxuyanlar da var.

Amma burada oxumayanları qınamaqdan da uzağam. Kitab nəşri ölkədə xeyli geri qalıb, zamanla ayaqlaşmır.

Tutaq, elə özümü götürüm. İndi nə edim? Durub təzədən F.Dostoyevskini və yaxud da ki, L.Tolstoyu oxuyum? Digərlərini qınayanda bunu da nəzərə almaq lazımdır. Ona görə də bir az əvvəl gəncləri kiçik kitab dükanında gördüyümdən duyduğum sevinc təbiidir. Onlar hər şeyi hələ indi kəşf edirlər. Gənclər üçün hər şey hələ təzədir, yenidir və bunları görmək, duymaq adama həzz verir.

Axır vaxtlar metroda da kitab oxuyanlara təsadüf etmək olur. Elə onlar da gənclərdir. Amma mütaliə kəsilməz, uzunmüddətli proses olmalıdır. İnsan adətən bütün ömrü boyu mütaliə edir. Bunun üçünsə onu daim yeni kitablarla təmin etmək lazımdır.

Bəlkə də burada da xüsusi dövlət proqramına, nəşrlərin stimullaşdırılmasına xüsusi ehtiyac var. Məlum bir seriya oldu. İnsanların çoxu buna abunə yazıldı.

Amma bu, klassika idi. Oxuculara isə müasir, dünyanın çağdaş ədəbiyyatı lazımdır. Məsələn, hansısa kitab satış rekordu vuranda dərhal o, bizim dilə də tərcümə olunmaıldır.

Bizim insanların yaxşı tanıdığı sonuncu Nobel laureatı bəlkə də Alber Kamyu və yaxud Qabriel Markesdir! Amma bundan neçə il keçib! Hər il Nobel mükafatları təqdim olunur, bizim isə onlardan heç xəbərimiz olmur.

Epizodik təşəbbüslər var. Amma bir neçə dəfə yazmışam ki, bu nəşrlərin mötəbərliyi adamda şübhə doğurur. Bu yaxınlarda Rusiya kanallarının birində bir hindli tərcüməçi haqqında veriliş verirdilər. O deyirdi ki, mən rus ədəbiyyatını əvvəlcə ingilis dilindən tərcümə edirdim. Amma bir dəfə mənim tərcüməmi orijinalla tutuşdurdular. Dəhşətə gəldim - fərq o qədər böyük idi ki! Həmin vaxtdan qərara gəldim ki, bundan sonra orijinaldan - rus dilindən tərcümə edəcəm. Qərəz, həmin tərcüməçi rus dilini öyrənir, sonra da elə alınır ki, hətta rus qadınla da evlənir.

Amma bizdə nə baş verir? Tələbəlik vaxtı bir əfqan tələbə tanıyrıdım. Üçlə birtəhər başını girələyirdi. Amma rus dilindəki geologiya dərsliklərini öz dillərinə tərcümə edirdi. Zarafatla ona deyirdik ki, səni yəqin Əfqanıstanda böyük alim, böyük geololq hesab edirlər.

Bizdə də belədir. Ona görə də bəndəniz hələ ki, yalnız rus dilində oxumağa cəhd edir. Amma çox narahatlıq keçiririk ki, rus dilini indiki gənclərin heç də hamısı yaxşı bilmir.

Onlar nə etsin? Ya ümumiyyətlə mütaliə etməməlidirlər, ya da qeyri-peşəkar tərcümələrlə kifayətlənməlidrlər.

Nəşriyyat işi isə yerində sayır. Adam insaf xatirinə etiraf etmək zorundadır ki, bu gün nəşriyyat işi həqiqətən də fədakarlıq tələb edir.

Amma belə olmamalıdır, nəşriyyat işi biznes olmalı, öz işçilərini, yazarları və tərcüməçiləri təmin etməlidir. Edə bilirlərmi?

Tarix
2015.07.24 / 08:00
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla