Yuxarı

Nazirlik: “İndiki gənclik daha çox şey istəyir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi olaraq biz Azərbaycan gəncinin istirahəti, vətənpəvərliyi, intelektual inkişafı üçün böyük layihələr həyata keçiririk.

Bu sözləri nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Ümumdünya Gənclər Günündən danışarkən Axar.az-a deyib. O bildirib ki, artıq nazirlik tərəfindən qarşıdan gələn 2016-2020-ci illər üçün nəzərdə tutulan Dövlət Praqramının müzakirəsinə başlanılıb.

"2011-2015-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramı bitmək üzrədir. Artıq nazirlik qarşıdan gələn 2016-2020-ci illər üçün hesablanmış Dövlət Praqramının müzakirəsinə başlayıb. Bütün bu proqramlar gənclərin iştirakı ilə hazırlanır. Bizim üçün bu proqramlarda vətənpərvərlik mövzularının yer alması çox önəmlidir".

Nazirliyin sözçüsü indiki gəncliyin əvvəlki dövrlərlə müqayisədə daha çox şey istədiyini bildirib:

"Gənclər müxtəlifdir. Hər bir gəncin özünəməxsus istəkləri var. Biz son vaxtlar indiki gəncliyin əvvəlki dövrlərlə müqayisədə daha fərqli və daha çox şey istədiyini müşahidə edirik".

Qeyd edək ki, 10 noyabr - Ümumdünya Gənclər Günüdür. Ölkəmizdə isə bu gün 2 fevral tarixində qeyd edilir.

Tarix
2015.11.11 / 12:16
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Mirzoyan NATO nümayəndəsi ilə görüşdü

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

İlham Əliyevin Türkiyə səfəri ilə bağlı - Video

İlham Əliyev “yetər artıq” dedi, Ərdoğan da... - Akar

Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov

Bakanov Rusiyanın itkilərini “ağzından qaçırdı”…

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Bayramov İvan Xil Pinto ilə görüşdü

Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla