Yuxarı

Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub.

Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib.

İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Tarix
2025.04.13 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Yulius Praneviçlə görüşdü

Pulları Xankəndidə Köçəryan qəbul edirdi… - Abramyan

Ermənistan MN yalan yayır: Ordumuz yalnız... - MN

Ermənilər sərhədə hərbi texnika daşıyır - Video

Fatimeyi-Zəhra hara, Ermənistan hara? - Video

Hulusi Akar Xankəndidə - Foto

Rəsmi Bakıdan Fransa XİN rəhbərinə cavab...

İlyas İsmayılovdan sonra sədrliyə onlar namizəddir

Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan MN etiraf etdi: Sərhəddə atəş açılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla