Yuxarı

Azad Rəhimov Çexiyada həmkarı ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən başlayaraq Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası çəçivəsində rəsmi səfərdə olan Gənclər və İdman naziri Azad Rəhimov Çexiyanın Təhsil, Gənclər və İdman naziri xanım Katerina Volaxova ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, Çexiya parlamentinin binasında baş tutan görüşdə hər iki nazir öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda danışıblar. Nazirlər bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

Nazir Katerina Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa Birliyinin təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkəmizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlıq üçün Azərbaycana təşəkkür edib.

Görüşün sonunda nazir Azad Rəhimov və Katerina Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulayıblar.

Tarix
2015.11.20 / 19:05
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Ərəb ölkələri Türkiyəyə imkan verməyəcək: Bir yol var!

Mirzoyan NATO nümayəndəsi ilə görüşdü

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

İlham Əliyevin Türkiyə səfəri ilə bağlı - Video

İlham Əliyev “yetər artıq” dedi, Ərdoğan da... - Akar

Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov

Bakanov Rusiyanın itkilərini “ağzından qaçırdı”…

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Bayramov İvan Xil Pinto ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla