Yuxarı

İran: “Səudiyyə kralı cavab verəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “Səudiyyə kralı cavab verəcək”

İran və İraq rəhbərliyi şiə alimi Ayətullah Nimr Baqir ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsinə sərt reaksiya verib.

Axar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Nimrin edamını şiddətlə qınadıqlarını açıqlayıb.

Nazirliyin sözçüsü Hüseyn Cabir Ənsari Ərəbistanın bu addıma görə cavab verəcəyini bildirib:

"Səudiyyə Ərəbistanı rəhbərliyinin terrorçuluğu dəstəkləyən bir siyasət yürütdüyünü izləyirik. Bu sonsuz və məsuliyyətsiz siyasətin nəticələri yerdə qalmayacaq və Səudiyyə rəhbərliyi bunun üçün cavab verəcək".

"Tasnim" agentliyinin məlumatına görə, Nimrin edamından sonra Buşehr əyalətindəki İnzibati Şura Yığıncağında danışan İran parlamentinin sədri Əli Laricani bölgədəki təhlükəsizlik tədbirlərinin artırılacağını deyib.

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri Ələddin Burucerdi də Nimrin edamını pisləyib.

"Nimrin qətlə yetirilməsinin nəticələri Səudiyyə səlahiyyətliləri üçün çox ağır olacaq", - komitə sədri qeyd edib.

İraq şiələri də alimin edam edilməsinə sərt etiraz edib. İraq şiələrinin lideri Müqtəda əs-Sədr bütün İraq şiələrini Səudiyyə Ərəbistanına etiraz etməyə çağırıb.

İraqın sabiq baş naziri Nuri əl-Maliki də Nimrin edamına etiraz edib. Maliki krallığı məzhəbçilikdə günahlandırıb.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Riyad Cəza Məhkəməsinin hökmü ilə aralarında şiə din xadimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfər edam edilib.

Ölkənin tanınmış şiə din xadimlərindən olan Nimr etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.

Tarix
2016.01.02 / 22:43
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla