Yuxarı

Erməni alimdən Mxitaryana: Ayıl, Qarabağ bizim deyil!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni alimdən Mxitaryana:

Tanınmış erməni əsilli tarixçi Filip Ekozyans İtaliyanın “Roma” futbol klubunda çıxış edən erməni futbolçusu Henrix Mxitaryana videomüraciət ünvanlayıb.

Axar.az-ın məlumatına görə, erməni tarixçi Mxitaryanın simasında bütün ermənilərə izah etməyə çalışıb ki, tarixi saxtalaşdırmaq, özgələrə məxsus olanları mənimsəmək olmaz.

“Henrix sosial şəbəkədəki səhifəsində yazıb ki, guya Qarabağda Azərbaycanın timsalında təcavüzkarlara qarşı müharibə gedir. Mən ona izah etmək istərdim ki, Azərbaycan öz ərazisində müharibə apardığı üçün təcavüzkar ola bilməz. Onlar öz torpaqlarını geri qaytarmaq istəyirlər.

Ermənilər bilməlidirlər ki, bu, onların tarixi torpaqları deyil!

Daha sonra Henrix Ermənistanın guya bu müharibədə xristian dəyərlərini müdafiə etdiyini yazıb. Demək istərdim ki, bu da yalandır! Azərbaycan və Ermənistan arasındakı müharibədə heç bir xristian dəyəri tapdalanmır, ümumiyyətlə, bu, heç münaqişəyə səbəb kimi də göstərilə bilməz. Bütün dünya bunu çox gözəl anlayır.

Henrixin öz paylaşımının sonunda yazdıqlarını isə ümumiyyətlə, təkrar etmək istəmirəm. Bu o qədər iyrəncdir ki... O yazır ki, guya Azərbaycan Ordusu uşaq bağçalarını məhv edir...

Mxitaryan, ayıl! Bunu harada görürsən? Bunu necə təsəvvür etmək olar ki, tankdakı Azərbaycan əsgəri uşaq bağçasına yaxınlaşır, oyuncaqlı uşaqları hədəfə alır... Henrix, sən xəstəsən? Sən həqiqətən sağlam həyat sürürsən? Heç nə qəbul etmirsən? Bunu kimə yazdın? Hansı ağılsızlar üçün? Bu yazdıqların kimə hesablanıb?

Bunun bir izahı var: Yaramaz insanın yazdığı gülünc bir paylaşım!” - deyə erməni alim qeyd edib.

Tarix
2020.10.08 / 10:54
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla