Roma Katolik Kilsəsində
tarixin müxtəlif dövrlərində baş verən ağlasığmaz hadisələr gün
keçdikcə üzə çıxır. Hələ bir neçə il öncə dünya mətbuatında kilsədə
erotik ayinlər keçirən rahiblərlə bağlı yazılmış xəbərlər gündəmə
bomba kimi düşmüşdü. Bundan başqa, məşhur yazıçı Umberto Eko da
"Gülün adı" əsərində Vatikan kilsəsi haqda dəhşətli faktlardan söz
açıb.
Axar.az Vatikan kilsəsi və bilavasitə Roma Papası ilə bağlı olan
bir neçə məşhur faktı oxuculara təqdim edir:
1. İohanna əfsanəsi
Təbii ki, Vatikan bunu heç vaxt təsdiqləməyib. İohanna
əfsanəsinə görə, şərqli bir qız dini təhsil almaq üçün öz bədənini
bir kişiyə verməyə məcbur olub. Bu addımından sonra İohanna 855-ci
ildən 858-ci ilə qədər kilsə rəhbəri olub. İohanna doğuş zamanı
dünyasını dəyişib.
2. Faşistlərlə əməkdaşlıq
İkinci Dünya Müharibəsinin sonunda Hitlerin tərəfdarlarına
köməklik göstərən yepiskop və keşişlərin adları tədqiqatçılara
məlumdur.
Onlarla yepiskop və keşiş İkinci Dünya Müharibəsinin sonunda
nasional sosialistlərə əllərindən gələn köməyi göstərib. Onların
arasında Roma Papasının Avstriyadakı təmsilçisi Aloiz Hudal da var
idi. O, həm də Nasist Almaniyasının qızıl ehtiyatına cavabdeh idi.
Hudal SS üzvlərinin Cənubi Amerikaya qaçmağına köməklik göstərib.
SS zabitləri onun yaratdığı bu sistemi "siçovul yuvası"
adlandırırdı. Sözügedən keşiş və yepiskopların köməyilə gestapo
Klaus Barbe və "cani həkim" kimi tarixə düşən Yozef Mengele sərhədi
keçməyə müvəffəq olub.
3. Vatikan bankı
Vatikanın əsas maliyyə orqanı 1942-ci ildə yaradılıb. Bu,
həmçinin Dini İşlərlə məşğul olan institut kimi də tanınır.
Ötən əsrin 80-ci illərində bu bankın adı böyük qalmaqallarda
hallanmağa başladı. Onda Ambroziano bankının rəhbəri öldürülmüşdü.
Bundan sonra onun əsas səhmdarı olaraq Vatikan çıxış etdi.
Ödənişlər 200 milyon dollara çatdı. Bir neçə il əvvəl Vatikan
bankının rəhbəri Ettore Qotti Todeski 23 milyon "çirkli avro"nu
leqallaşdırmaqda ittiham olunub.
4. Cinsi azlıq alveri
265-ci Roma Papası XVI Benediktin telefon zənglərini dinləyən
hüquq-mühafizə orqanları eşitdiklərindən şoka düşmüşdülər. 2010-cu
ildə baş verən hadisə bütün dünyanı yerindən oynatdı. Roma
Papasının zənglərini dinləyən hüquq-mühafizə orqanları onun
Vatikanda kişi fahişəliyi ilə məşğul olduğunu aşkar etdilər.
Telefon dinləmələri nəticəsində məlum oldu ki, Roma Papası XVI
Benedikt hərdən modelliklə və reqbi ilə məşğul olan gənc oğlanları
"sifariş edir".
5. Vatiliks
Paolo Qabriele Vatikan haqqında ən dəhşətli həqiqətləri
ictimaiyyətə çatdıran şəxsdir.
"Vikiliks"lə müqayisə olunan bu qalmaqal da XVI Benediktin adı
ilə bağlıdır. Paolo Qabriele Papanı soyub və onun ən dəhşətli
məlumatlarını ictimaiyyətə çatdırıb.
Əvvəllər Papanın ən yaxın adamı olan, ictimaiyyət arasında
həmişə Papanın yanında görünən Qabriele jurnalistlərə onun ən məxfi
sənədlərini və məktublaşmalarını verib. Oğurluq, insan alveri,
korrupsiya, hətta cinayətlər haqqında yaydığı sənədlərdən sonra
məhkəmə Qabrieleyə 18 aylıq ev cəzası verdi. Lakin sonda Papa özü
də onu bağışladığını elan etdi.