Yuxarı

Türkan Şoray üçüncü dəfə Bakıda: “Xoşbəxtəm” - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkan Şoray üçüncü dəfə Bakıda: “Xoşbəxtəm” - Foto

Məşhur türk aktrisası Türkan Şoray hazırda Xəzər Universitetində keçirilən Avrasiya Akademiyasının ikinci toplantısına qatılıb.

Axar.az xəbər verir ki, toplantıda Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, xalq artisti Rasim Balayev, xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən, opera ifaçısı Fidan Hacıyeva və başqaları iştirak edir.

Türkan Şoray üçüncü dəfə Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu və azərbaycanlıları çox sevdiyini deyib.

Türkan Şoraya Avrasiya Akademiyasının üzvlük diplomu və "Avrasiya əfsanəsi" mükafatı təqdim olunub. O, bu mükafata layiq görülən ilk qadındır.

Qeyd edək ki, Avrasiya Akademiyasının birinci toplantısı yanvar ayının 29-da keçirilib. Birinci toplantıya məşhur alim Rafiq Əliyev, xalq yazıçısı Anar, şair Ramiz Rövşən, xalq şairi Sabir Rüstəmxanlı, xalq artisti Flora Kərimova, sabiq təhsil naziri Misir Mərdanov və Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, hökumət və Milli Məclis üzvləri, səfirlər iştirak etmişdilər.

Tarix
2016.11.17 / 16:58
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla