Yuxarı

Sumqayıtı bürüyən pis qoxunun – Səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtı bürüyən pis qoxunun –

Yayılan tüstü və qoxunun yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Axar.az-a 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Asəf Bayramov Sumqayıt şəhərində gecə saatlarında şəhərə yayılan tüstü və pis qoxunun haradan qaynaqlanması ilə bağlı məsələni şərh edərkən deyib. O bildirib ki, özü həmin sahəni daim nəzarətdə saxlayır və poliqon ərazisində yanğın hadisəsi yoxdur.

“Məişət Tullantıları Poliqonu Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nəzdində olan Sumqayıt şəhər Təmizlik Departamenti MMC-nin balansındadır. Ərazisi 110 hektar olan poliqona məişət tullantıları daşınır. Əsasən Sumqayıt şəhəri və tabeliyində olan qəsəbələrdən, eləcə də müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Ceyranbatan qəsəbəsindən tullantılar bura gətirilərək zərərsizləşdirilir. Burada tullantıların yandırılması prosesi getmir. Həmin ərazidə tullantıların ancaq torpağa basdırılma işi həyata keçirilir. Poliqon ərazisində Sovet dövründən kimyəvi tullantılar kor-təbii basdırılıb. Yayılan pis qoxu əsasən bu tullantıların başqa maddələrlə qarışması zaman baş verir. Hazırda burada müasir standartlara cavab verən texniki avadanlıqlar, tullantıları emal edən zavod yoxdur. Bu zavodun yaxın gələcəkdə tikilməsi nəzərdə tutulub, bununla bağlı İcra Hakimiyyəti ilə danışıqlar aparılır. Bizim şöbəyə də bununla bağlı şikayətlər daxil olur və həmin şikayətlərə vaxtında baxılır. Son 4 ildə Sumqayıt Təmizlik Departamentinə bu məsələlərlə bağlı 29000 manat məbləğində cərimə tətbiq etmişik. 2017-ci ildə isə Təmizlik Departamentinin sədri Abbasov Süleyman İnşallah oğlu yenidən 1600 manat məbləğində cərimə olunub”.

A.Bayramov qeyd edib ki, qanunvericiliyə əsasən poliqonun ərazisi tam qapalı olmalıdır:

“Poliqonun ərazisi tam hasara alınmalı olsa da, bu iş hələ həyata keçirilməyib. Bura yalnız 1 giriş olmalıdır. Poliqonun ərazisinə sadə vətəndaşların girişi qadağan olsa da, müxtəlif vaxtlarda vətəndaşlar bu əraziyə daxil olaraq məişət tullantılarını atırlar. Bununla bağlı şöbə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktub yazılıb. Ancaq yanğınla bağlı yayılan xəbərlər əsassızdır. Hazırda müşahidələrimiz göstərir ki, poliqonda yanğın hadisəsi yoxdur. Yayılan tüstünün digər mənbəyi isə havada olan tozdur”.

Qeyd edək ki, Sumqayıt şəhərində yerləşən Məişət Tullantıları Poliqonu 1961-ci ildən fəaliyyət göstərir.

Tarix
2017.08.23 / 16:28
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla