Yuxarı

İlhamənin vida mərasimində kimlər nə dedi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

APA TV-nin xəbərinə görə, mərasim Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilib.

Tədbirdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkilləri Zeynəb Xanlarova və Elmira Axundova iştirak edib.

Oğlu Orxan Nadirov anası ilə son danışıqlarını belə xatırlayır: "Azərbaycan incəsənəti üçün böyük itki olduğu kimi, mənim üçün də böyük itkidir. Ən azından mən valideynimi itirmişəm. Hələ çətinlik bundan sonradır. İki gün əvvəl axırıncı danışığımız o zaman olub. Dünən zəng edib qismət olmadı danışmaq. Ekspertizanın rəyi açıqlanmayıb, 15 gündən sonra açıqlanacaq, bu barədə açıqlama verəcəyəm. Düzdür, tabutda dəfn olunmaq istəyirdi. Amma biz müsəlmanıq. Müsəlman adət-ənənəsinə uyğun olaraq heç kəs tabutda dəfn olunmur. Anam da müsəlmandır, Həcc ziyarətində də olub, Kərbəlada, Məşhəddə də olub. Mən onu tabutda dəfn edə bilmərəm".

Mərasimdə iştirak edən sənətçilər İlhamə Quliyeva barədə fikirlərini bölüşüblər.

Müğənni Xatirə İslam İlhamə Quliyevanın vəfatını mədəniyyətimiz üçün böyük itki adlandırıb: "Çox böyük itkidir. Mən burada burda İlhamə xanımın adına görə çox az adam görürəm. Amma mən istəmirəm belə olaq. İstəyirəm yaşayarkən bizə necə hörmət olunubsa, zəhmət çəkək onu axıra qədər edək".

Müğənni Röya Ayxan İlhamə Quliyevanın mahnılarını repertuarına daxil edəcəyini bildirib: "73 yaşına kimi çox gözəl yaşadı. Allah bizə də o günü qismət etsin. O cür gözəl yaşayaq. Mən də özümə bu cür ölüm arzulayıram. Mənim ən böyük qorxduğum şey illərlə xəstə yatmaqdır. Bəlkə də onu sərt qadın kimi tanıyırlar. Amma unutmayaq - o, şir bürcüdür. Şirlər xoşuna gəlir onu tərifləsinlər. Qəlbən belə adam deyildi, çox pozitiv idi. O mahnıları bir də necə eşidəcəyik biz? Qismət olmadı bizə hər ay gedək lentə yazdıraq. Amma sizə söz verirəm o mahnıları bir-bir lentə yazdırıb sizə təqdim edəcəyəm".

Bəstəkar Nailə Mirməmmədli İlhamə sənətinin böyüklüyündən söz açıb: "Bəstəkar kimi deyə bilərəm ki, böyük itkidir. O elə bir ifa idi ki, onun ifasına bənzər ifa olmayıb. Yəqin ki, bir də olmayacaq. Nə o mənim evimdə olmayıb, nə mən onun evində olmamışam. Hətta mənim yaslarıma da gəlməyib. Studiyada görüşəndə başsağlığı verib. Mən bu sənətə görə bu gün burdayam".

Müğənni Elza Seyidcahan İlhamə Quliyeva ilə küsülü olmalarına baxmayaraq, vida mərasiminə qatılıb: "İlhamə xanım özü sağ olsaydı, bu ona xoş olmazdı ki, bu gün onun yas mərasimində onun ən yaxını kimi kameralar mənə tuş gələcək. Bu da mənim üçün bir xoşbəxtlikdir. Nə olur yaxşılığa doğru. Mənə haqsızlıqlar oldu. Amma bununla bir daha məni sevdirdi sizlərə. Təşəkkür edirəm özümə, yaxşı ki, özümdə güc toplayıb gəldim bura. Gəlməyimin səbəbi budur ki, İlhamə xanımın üzərində kiçiklik haqqım var. Düzdür, onun mənə böyüklük haqqı olsa da, etmədi mənə qarşı. Məni hər zaman gözdən salmağa çalışdı. Səmimi qəlbdən halallığımı vermişəm. O ağ çiçəkləri sevir deyə, ona bu gün ağ çiçəklər gətirmişəm".

Müğənni Rəşad İlyasov İlhamə ilə duet ortaqlığını xatırlayıb: "Çox xoşbəxt ifaçıyam ki, onunla işbirliyimiz olub. Özü dəvət etmişdi məni. O xatirə elə bil dünən olub. Təbi ki, ətrafında söz-söhbətlər də vardı. Mənə elə gəlir ki, bütün bu söz-söhbətlərin zirvəsində onun sənəti, onun əvəzolunmaz səs tembri dayanır".

Vida mərasimində çıxış edən nazir Əbülfəs Qarayev İlhamə Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib. Nazir onun ölümünün Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu deyib: "İlhamə Quliyeva Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. İlhamə xanım iyirmidən artıq ölkədə Azərbaycan musiqisini şərəflə təbliğ edib. İlhamə Quliyevanın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Bu gün Xocalı işğalının bir günüdür. Ağır itkilər verib Azərbaycan xalqı. Bütün o şəhidlərə Allahdan rəhmət diləyərək, bu şəhidlərin sırasına böyük görkəmli musiqiçimiz İlhamə xanımın da adını qatıram. Çünki İlhamə xanım həmişə Azərbaycan mövqeyini müdafiə edən bir sənətkar idi.

Mərasim xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinovun çıxışları ilə davam edib.

Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb. Dəfn mərasimində rəsmi şəxslər, İlhamə Quliyevanın sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tarix
2016.02.27 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla