Yuxarı

“Mənə bir şey olsa, bu səs yazısını yayın” – Şok/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə üç PKK-çı qadını öldürən Ömər Güneyin iki nəfər MİT agenti ilə cinayət planı haqda danışdığı bir səs yazısı yayımlanıb. Əldə edilən məlumatlara görə, Milli İstihbarat Təşkilatı (MİT) səs yazısı ilə əlaqədar araşdırma aparır.

"Axar.az" xəbər verir ki, keçən il yanvarın 10-da Parisdə üç PKK-çı qadını öldürən Ömər Güneyin səs yazısı "Yutub"da yayımlanıb. Güneyin, "mənə bir şey olsa, bu səs yazısını yayımlayın", - deyə MİT-çilərlə olduğu bir toplantının səs yazısını bir tanışına verdiyi bildirilib. Ömər Güneyin tanışı videonun başlığında bunları yazıb:

"Mən Fransanın Paris şəhərində üç qadını öldürən Ömər Güneyin tanışıyam. Ömər 17 yanvar tarixində (2013) həbs olundu. Ömər həbs olunmamışdan əvvəl məlumat və sənədləri mənə verdi ki, başına bir iş gəlsə, yayımlayım. Ömər Parisdə öldürdüyü üç qadının qətl tapşırığını MİT-dən alıb. Hədəfində olan əsas şəxs Səkin Cansız idi. Digər iki qadını isə orada olduqları üçün öldürmək məcburiyyətində qalıb. Hadisədən əvvəl dəfələrlə Türkiyəyə gedib və MİT-çilərlə görüşüb, qətlin planını cızıblar. Təyyarə biletlərini MİT-çilər alıb. Öldürmək üçün istifadə etdiyi silah və digər şeyləri almaq üçün pulu belə MİT-çilər verib. MİT-çilərlə danışığını qeydə alıb. Bu səs yazısının bəzi yerlərini mənə verib ki, başına bir iş gəlsə, yayımlayım. Ömər həbsdədir. Heç kim itirib-axtarmır. MİT-çilər Ömərdən istifadə ediblər. Ömərin məndən istədiyi bunlar idi. Hamısını yazdım".

Tarix
2014.01.14 / 11:32
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla