Yuxarı

15 yaşlı naxçıvanlıdan şok ixtira

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşlı naxçıvanlıdan şok ixtira

Naxçıvanda 15 yaşlı İsmayıl Şirzadov kompüterdə "Mr.VOOL" adlı proqram yaradıb.

Axar.az xəbər verir ki, texnologiyada son yenilik sayılacaq bu proqram dünya miqyasına çıxa bilər.

İsmayıl AzərTac-a bildirib ki, hazırladığı "Mr.VOOL" proqramı internet istifadəçiləri üçün səsli axtarış imkanını təqdim edir:

"Məsələn, gün ərzində internetdə axtarış sistemləri vasitəsilə müxtəlif ünvanlar və sair axtarırıq. Yeni proqramda isə axtardığımız hər bir obyekti, sadəcə, bir dəfə səsləndirməklə tapa bilirik.

Sadə bir izahat verim. Proqramı yüklədikdən sonra, deyək ki, "Chrome" brauzerini açmaq istəyirsiniz. Sadəcə, "Open Chrome" deyirsiniz, brauzer avtomatik olaraq açılır.

Yaxud, "Yahoo", "Google" axtarış sistemlərində hər hansı bir obyekti axtararkən axtardığınız obyektin ingiliscə adını söyləyirsiniz və həmin obyekt axtarış sistemində üzə çıxır".

Gənc istedad qeyd edib ki, hər hansı bir proqramdan çıxmaq istədiyinizdə "Exit" sözünü deyirsiniz:

"Proqram özü avtomatik olaraq bağlanır. Bundan əlavə, səslə kompüteri söndürmək və yenidən açmaq da mümkündür. Ümumiyyətlə, "Mr.VOOL" vasitəsilə kompüterdəki bütün proqramları, faylları, CD yerini açıb-bağlamaq olar. Hazırladığım proqramda ingiliscə əmrlərin tərtib olunmasına səbəb yaxın müddətdə onu dünya bazarına çıxarmaq istəyimlə bağlıdır".

Tarix
2015.08.21 / 01:11
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla