Yuxarı

Bayramda rayon maşınları Bakıya buraxılacaqmı?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramda rayon maşınları Bakıya buraxılacaqmı?

Bayram günlərində də rayon qeydiyyatlı maşınların Bakıya daxil olmasına qoyulan məhdudiyyət qüvvədə qalacaq.

Bunu Axar.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Qurum rəsmisi söyləyib ki, bununla bağlı heç bir yenilik yoxdur:

"Hər hansı məhdudiyyətin götürülməsi ilə bağlı elə bil göstəriş yoxdur. Adi günlərdə olduğu kimi, bayram günlərində də rayon qeydiyyatında olan maşınlar Bakıya buraxılmayacaq. Yalnız müəyyən edilmiş vaxt çərçivəsində paytaxta daxil ola bilərlər".

Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.

Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, axşam saat 22:00-dan səhər saat 7:00-a qədər isə şəhərə daxil olmaq izni verilir.

Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan, axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədərsə yol açıq olacaq.

Tarix
2015.12.30 / 13:46
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla