Yuxarı

Piyadaların nəzərinə: Cərimələr artır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piyadaların nəzərinə: Cərimələr artır

Mayın 1-dən qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində intizamsız piyadalar üçün cərimənin artırılması nəzərdə tutulur.

Avtosfer.az-ın məlumatına görə, hazırda qüvvədə olan Məcəllə piyada keçidindən kənarda yolu keçən piyadalar üçün 20 manat cərimə nəzərdə tutur. Lakin yeni layihə bu qayda pozuntusunu törədən piyada üçün 30 manat cərimə müəyyən edir.

Bununla belə, piyadaların törətdikləri digər qayda pozuntularına (məsələn, svetoforun qırmızı işığından keçmə, operativ nəqliyyat vasitəsinə yol verməmə və s.) görə cərimə əvvəlki kimi 20 manat olaraq qalır.

Qanunverici orqanın piyadalar üçün cəriməni artırması, yəqin ki, onların intizamını yüksəltməyə hesablanıb. Məlumdur ki, bəzən sürücülərlə piyadaların cərimələrini bərabərləşdirmək kimi fikirlər səslənir.

Lakin belə fikirlər doğru deyil. Çünki yolda piyadanın və nəqliyyat vasitəsinin doğurduğu təhlükələr mübahisə edilməyəcək dərəcədə fərqlidir. Amma hər halda piyadalar üçün cərimənin artırılması bu hərəkət iştirakçılarının daha intizamlı olmasına az da olsa kömək edə bilər.

Tarix
2016.01.08 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla