Yuxarı

Dünya nəhəngi ABŞ-dan üzr istədi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya nəhəngi ABŞ-dan üzr istədi

Almaniyanın dünyaca məşhur "Volksvagen" şirkəti ABŞ-dan üzr istəyib.

Axar.az xəbər verir ki, ABŞ-ın Detroyt şəhərində təşkil olunan beynəlxalq avtomobil sərgisində çıxış edən konsernin İdarə Heyətinin sədri Mattias Müller yaranan son qalmaqala görə üzrxahlıq edib və şirkətin ABŞ-da sərmayələrini artıracağını açıqlayıb.

"Müştərilərimizi, rəsmi orqanları və ABŞ ictimaiyyətini böyük xəyal qırıqlığına uğratdığımızın fərqindəyik", - Müller qeyd edib.

Şirkət başçısı ABŞ-da yerləşən montaj müəssisələrinə 900 milyon dollarlıq investisiya yatıracaqlarını, bununla da əlavə 2 min nəfərlik yeni iş yerinin açılacağını bildirib.

Xatırladaq ki, alman konserni ABŞ-a ixrac olunan 600 min ədəd dizel mühərrikli avtomobildə təmiz hava qanunlarını (Clean Air Act) pozmaqda günahlandırılır.

Tarix
2016.01.11 / 16:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla