Yuxarı

Bakıda maşını qatar vurdu – Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşını qatar vurdu – Video

Ötən il oktyabrın 31-də Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. KİA-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub. Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alaraq xəstəxanaya düşüblər.

Videodan da aydın şəkildə görünür ki, qatar yaxınlaşarkən avtomobil relsin üstündə dayanıb gözləyir. Qatar da onu bir zərbəylə vurub kənara atır.

Tarix
2016.01.14 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla