Yuxarı

Qanla yazılan şeir və qatil qırmızı şal - Faciə

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanla yazılan şeir və qatil qırmızı şal - Faciə

Məşhur rus şairi Sergey Yesenin 1895-ci il oktyabrın 3-də Rusiyanın Ryazan bölgəsində anadan olub. Yaradıcılığa 9 yaşında başlayan Sergey 1912-ci ildə nəşriyyat tərəfindən Moskvaya göndərilib. Növbəti il isə Moskva Dövlət Universitetinə daxil olub və burada il yarım işləyib. Yesenin 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşayıb.

Axar.az XX əsrin ən böyük şairlərindən Sergey Yesenin və onun həyat yoldaşı amerikalı balerina Aysedora Dunkan haqda yazını təqdim edir:

Sergey Yesenin I Dünya müharibəsindən sonra inqilabın daha gözəl həyat yaradacağına inanıb və oktyabr inqilabını dəstəkləyib. Lakin bolşevizmin qaydalarını tənqid edərək, şeirlərində öz mövqeyini əks etdirib. 1917-ci ildə Z.N.Rayx ilə ailə həyatı qursa da, 1918-ci ildə ondan ayrılıb. 1921-ci ilin sonlarında isə məşhur rəqqasə 44 yaşlı Aysedora Dunkanla evlənib. Lakin evlilikləri uzun sürməyib. Şair 1923-cü ilin mayında Dunkandan ayrılaraq Moskvaya qayıdıb.

Yesenin içki aludəçisi olub. Psixoloji problemləri olan şair bir müddət psixiatriyada yatıb. Yeni il üçün bir neçə günlük xəstəxanadan çıxarılan Sergeyin 1925-ci il dekabrın 28-də oteldə cəsədi tapılıb. O özünü asmışdı. Cəsədinin yanından intiharından bir neçə gün əvvəl biləklərini kəsərək, öz qanı ilə Mayakovskiyə yazdığı şeiri tapılıb. Moskvanın Vaqankovskoye məzarlığında dəfn edilən Yeseninin əsərlərinin böyük bir qismi Stalin və Xruşşovun dövründə Kreml tərəfindən qadağan edilib və yalnız 1966-cı ildə yenidən nəşr olunub.

Onun intiharından əvvəl yazdığı şeiri mərhum yazıçı Eyvaz Əlləzoğlunun tərcüməsində (2006) təqdim edirik:

Əlvida, dostum, əlvida...

Əlvida, ey dostum, əlvida artıq!

Yerin var, əzizim, bağrım başında.

Taleyin cızdığı qəfil ayrılıq

Görüş də vəd edir bizə qarşıda.

Əlvida! Hələlik! Əlsiz, kəlməsiz

Nə qaşlarını çat, nə dərdə əyil.

Yeni ha görmürük ölümləri biz,

Yaşamaq özü də yenilik deyil.

****

Onun həyat yoldaşı, amerikalı balerina Aysedora Dunkanın da həyatı faciəvi şəkildə sona çatıb. O, getdiyi hər yerdə bolşevizmin rəmzi olan uzun qırmızı şalını taxaraq SSRİ-yə təriflər yağdırırdı. Hər dəfə səhnədə rəqsini başa vurduqdan sonra şalını əlinə alıb yelləyir və qışqıraraq deyirdi:

"Budur qırmızı! Mən də eləyəm! Həyatın və gücün rəngi budur! Siz də bir vaxtlar vəhşi idiniz! Sizi əhliləşdirməklərinə izn verməyin!"

Onun kommunizm təbliğatı aparması amerikalıları qəzəbləndirib. Və bundan sonra Sergey ilə Dunkan Rusiyaya geri dönüb. Yesenin intihar etdiyi zaman Aysedora Parisdə olub və ölüm xəbərini çox soyuqqanlı qarşılayıb. Pulsuzdu və həyatı borc içində davam edirdi.

Yesenindən sonra onun da həyatı çox davam etməyib və 1927-ci ildə sevimli qırmızı şalının qurbanı olub. Dunkan avtomobil idarə edərkən boynundan nadir hallarda çıxardığı qırmızı ipək şalı avtomobilin sükanına dolaşıb və onun boynunu qırıb. Hadisə yerindəcə keçinən 50 yaşlı Aysedoranın həyat hekayəsi 1968-ci ildə "Aysedora" adlı filmə mövzu olub.

Tarix
2016.08.14 / 10:28
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla