Yuxarı

Dilçi alim: Deputat doğru deyir, ancaq tətbiq etmək olmaz

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilçi alim: Deputat doğru deyir, ancaq tətbiq etmək olmaz

Milli Məclisin deputatı Rəfael Hüseynovun sözlərin orijinaldan alınması haqqında söylədiyi fikirlər doğrudur. Amma bir məsələ də var ki, dilçiliyin prinsiplərinə əsasən, dilin qəbul etdiyi, onillərdir işlənən və lüğət fonduna qəbul edilən sözlərin yazılış qaydasının dəyişilməsi məqbul sayılmır.

Bu sözləri Kult.az-a millət vəkili Rəfael Hüseynovun “gerb” sözünün “herb” kimi yazılması təklifi barədə Milli Məclisdə səsləndirdiyi təkliflə bağlı danışan AMEA Dilçilik İnstitutunun böyük elmi işçisi Şahlar Məmmədov deyib. O bildirib ki, millət vəkilinin dedikərinə riayət edilsə, onda lüğət fondumuzdakı sözlərin əhəmiyyətli hissəsi dəyişdirilməlidir:

“Əgər bundan öncə qəbul etdiyimiz sözləri “orijinaldan alaq” prinsipi ilə nəzərdən keçirsək, ciddi problemlər yarana bilər. Çünki minlərlə söz var ki, onillərlə biz bu sözləri rus dili vasitəsilə qəbul etmişik və hazırda dil artıq bu sözlərin deyiliş və yazılışını bu cür də qəbul edib. Ona görə də dilçiliyin prinsiplərinə uyğun olaraq, bu sözlərə toxunmaq olmaz. Ancaq əlbəttə, bundan sonra alınan yeni sözlərə Rəfael Hüseynovun dediyi kimi, bir prinsiplə yanaşılmalıdır və belə də edilir”.

Qeyd edək ki, millət vəkili Rəfael Hüseynov bütün qanunlarda, hətta orfoqrafiya lüğətində də “gerb” sözünün yanlış olduğunu bildirib. O, “herb”in polyak sözü olduğunu və dilimizə rus dilindən keçdiyini qeyd edərək, başqa dilin orfoepiya normasını orfoqrafiya norması kimi qəbul etməyin yanlış olduğunu bildirib.

Tarix
2018.05.01 / 14:19
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla