Yuxarı

Kamal Abdullanın yeddi cildliyinin ilk cildi işıq üzü gördü

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın yeddi cildliyinin ilk cildi işıq üzü gördü

Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb. Birinci cildə yazıçının üç romanı, həmçinin həyatı, elmi, bədii yaradıcılığı ilə bağlı yalnız faktlardan ibarət məlumat daxil edilib.

Kult.az xəbər verir ki, yazıçının ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

“Sehrbazlar dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013) Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), Amerikada (2015), İtaliyada (2016), Rumıniyada (2019) nəşr edilib.

“Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “И некого забыть” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında “Под сенья Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında Arif Acaloğlunun tərcüməsi və önsözü ilə işıq üzü görüb.

Tarix
2020.07.20 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla